Təqvim
Macarıstanlı diplomat Musiqili Teatrda (+FOTOLAR)
19 fevral 2019 - 21:15

Canveten.az xəbər verir ki, Macarıstan Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirinin ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonağa 136 il əvvəl tikilmiş teatrın inzibati binasının yaranma tarixi, burada oynanılan ilk tamaşalar barəsində danışıb, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bir neçə il əvvəl aparılan mükəmməl yenidənqurma və bərpa işlərindən sonra sənət ocağında kollektivin daha böyük əzmlə çalışdığını qeyd edib.

Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı iki tərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib, iki ölkə arasında səfər və qastrolların təşkili məsələlərinə toxunulub.

Cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə.Lalayevə səmimi qəbul və işgüzar söhbət üçün minnətdarlığını bildirib, ona Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin salamlarını çatdırıb.

“Teatrınızın görkəmi dünyanın bir çox nüfuzlu teatrları ilə müqayisə olunacaq dərəcədə möhtəşəm və gözəldir. Elə ilk baxışdan da hiss olunur ki, burada uğurlu tamaşaların ərsəyə gəlməsinə zəmin yaradan peşəkar mühit var... Əminəm ki, bundan sonra da Macarıstan-Azərbaycan mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və yeni mədəni münasibətlərin gedişatında mühüm rol oynayacaq. Düşünürəm ki, bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsi çox vacibdir”, - deyə Macarıstanlı diplomat xüsusi vurğulayıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə