Təqvim
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır
15 fevral 2019 - 01:17

Bu gün Azərbaycan mediası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İstər KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də jurnalistlərin sosial rifahının, eyni zamanda, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu sırada dövlət dəstəyini xüsusi olaraq vurğulamaq lazımdır. Məhz Prezidentimizin KİV-ə olan diqqət və qayğısı, onun göstərişi ilə 2013-cü ildən başlayaraq jurnalistlərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsi və s. bunun əyani sübutudur. Prezident İlham Əliyev fevralın 12-də Real televiziyasına geniş müsahibəsində mediaya həmişə böyük dəstək göstərdiyini vurğulayıb. “Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır”, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq. Sözsüz ki, bu dəyərli fikirlər biz jurnalistləri qürurlandırdığı kimi, qarşımıza böyük məsuliyyət də qoyur. Hər bir jurnalist öz fəaliyyətində bu məqamlara xüsusi diqqət yetirməli, milli maraqları hər şeydən uca tutmalı, dövlətə, xalqa xidməti öz peşəsinin əsas istiqaməti kimi müəyyənləşdirməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru, düzgün şəkildə çatdırılmasıdır: “Artıq uzun illərdir ki, bu sahədə uğurlu addımlar atılır. Bu gün istər hökumət, istərsə də vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində xarici ölkələrdə təbliğat işləri uğurla aparılır. Beynəlxalq arenalarda, tədbirlərdə, kürsülərdə Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Bütün bunlara baxmayaraq, Azərbaycanın uğurlarını gözü götürməyən bəzi qüvvələr qərəzli, yalan, böhtan xarakterli məlumatlar yayaraq ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər. Bu cür qara piarlar indiyədək olub və bundan sonra da olacaq. Biz isə harada olmağımızdan asılı olmayaraq əsl vətəndaş mövqeyi nümayiş etdirməklə bu kimi hallara qarşı daim mübarizə aparmalı, dövlətimizin maraqlarını və milli mənafeyimizi qorumalıyıq. Azərbaycan Prezidenti Real televiziyasına müsahibəsində bu məsələlərə toxunaraq qeyd edib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. “Bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq”, - deyən dövlətimizin başçısı bildirib ki, xarici mediada mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu amil bir daha onu nümayiş etdirir ki, Prezidentimizin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu il ölkəmizin həyatında mühüm uğurlarla yadda qalacaq: “Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ilin əvvəlindən başlayaraq mühüm islahatlara start verilib. Xüsusilə sosial-iqtisadi sahədə fərman və sərəncamlar imzalanıb. Real televiziyasına müsahibəsində “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır”, - deyən dövlətimizin başçısı həyata keçirdiyi uğurlu siyasətlə verdiyi vədlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyir.”

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə