Təqvim
Daşkənddə “Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda Azərbaycandan olan Nəvai əlyazmalarının surətləri Özbək tərəfinə bağışlanıb (+FOTOLAR)
13 fevral 2019 - 23:09

Canveten.az xəbər verir ki, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində təşkil olunan Beynəlxalq Konfrans dahi Özbək şairi Əlişir Nəvainin doğum günü münasibəti ilə hər il keçirilir və konfransda dünyanın müxtəlif ölkələrindən Nəvaişünaslar iştirak edirlər.

Beynəlxalq Konfransda Özbəkistan alimləri ilə yanaşı, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Rusiya, Fransa, Əfqanıstan, Hindistan, Qazaxıstan, Tacikistan və digər ölkələrdən gələn nəvaişünas alimlər iştirak edib.

Azərbaycanı bu konfransda ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər təmsil ediblər.

Konfransı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib.

O, Özbək dili və ədəbiyyatında Əlişir Nəvai yaradıcılığı haqqında danışaraq, dünyada Əlişir Nəvai irsinin təbliği ilə bağlı görülən işlərdən danışıb.

Tədbirdə Böyük Britaniyanın, Türkiyənin Özbəkistandakı səfirləri çıxış eərək Əlişir Nəvai şəxsiyyəti, onun Özbək ədəbiyyatında rolu, dünyada mövcud irsi barədə danışaraq, Nəvainin yaratdığı əsərlərin bəşəriyyət ədəbi xəzinəsini zənginləşdirdiyini qeyd ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək,  konfransın Azərbaycan tərəfi üçün də əlamətdar və maraqlı olduğunu qeyd edib. Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixindən danışan diplomat, vurğulayıb ki, Əlişir Nəvai ədəbi əlaqələrimizin zirvəsində duran şəxsiyyətlərdən biridir. O Əlişir Nəvai türk ədəbi dilinin yaradıcısı, o dövrdə ədəbi intibahın əsas sütunu, xalqın ehtiramını qazanan dövlət xadimi, filosof olduğunu söyləyib.

Qeyd edək ki, konfrans çərçivəsində Türkiyənin, Böyük Britaniyanın Özbəkistandakı səfirləri Əlişir Nəvainin Türkiyənin Süleymaniyə Kitabxanasında, Britaniyanın Muzey Kitabxanasında saxlanılan əlyazmalarının surətlərini Özbəkistandakı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə təqdim ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəvainin bir sıra  əlyazmasının faksmilini rektor Şöhrət Siracəddinova hədiyyə olaraq təqdim edib.

Qeyd edək ki, əlyazmaların surətlərinin qarşılıqlı əsaslarla mübadiləsinə dair ötən ilin dekabr ayında tərəflər arasında xüsusi Memorandum imzalanıb.

Konfransda şairin yaradıcılığı, dövlət xadimi kimi fəaliyyəti ilə bağlı 30-dan artıq məruzə dinlənilib.

Konfrans çərçivəsində Ramiz Əskərin “Azərbaycanda özbək ədəbiyyatının tədrisi və Nəvai” mövzusunda məruzəsi dinlənilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə