Canveten.az xəbər verir ki, “Əsil iş burdaymış, demək böyük bir diaspor hərəkatı başlayıb.Diasporla İş üzrə Dövlət Komitəsi belə bir televiziya yaratmaqla diaspor siyasətinin genişlənməsinə böyük töhfə verir”. Bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Ömər Kocaman Diaspor TV-nin studiyası ilə tanış olarkən deyib. Türk Şurasına üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılış toplantısında və Təmas Qrupunun 5-ci iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Ömər Kocaman və digər qonaqlar tədbir çərçivəsində Diaspor TV-nin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlar televiziyanın studiyasında olub, texniki imkanları, kadr potensialı, arxivi, proqram siyasəti və proqramların çeşidliliyi ilə maraqlanıblar. Xaricdəki soydaşlarımız üçün yayımlanan “Azərbaycan dili” dərsləri, telekörpülər, “Vətən uzaqda deyil” proqramı, Qarabağ problemini dünya ictimaiyyətinin diqqətində saxlamaq üçün bir neçə dildə edilən təqdimatlar, eləcə də digərlayihələr maraqla qarşılanıbvə diaspor hərəkatının inkişafında mühüm addımkimi qiymətləndirilib.Xüsusilə, Diaspor TV-də yayımlanan “Azərbaycan dili” layihəsi qonaqların diqqətini çəkib. Tanışlıqdan sonra qonaqlar Diaspor TV-nin dünya azərbaycanlılarının və ümumiyyətlə, türk dünyası diasporunun virtual ortamda birləşdirilməsi işinə böyük töhfə verəcəyini deyiblər. Qonaqların bəzisiDiaspor TV-nin proqramlarını izlədiklərini bildiriblər. Onlara məlumat verilib ki, yaxın zamanlarda türkdilli dövlətlərin telekanalları ilə ortaq layihələrin hazırlanması də nəzərdə tutulur. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024