Təqvim
Balaca gimnast – Mina Abbasovanın Polşada böyük qələbəsi (+FOTOLAR)
12 fevral 2019 - 17:45

Canveten.az xəbər verir ki, 8-10 fevral tarixlərində Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə Bədii gimnastika üzrə “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması kecirilib. Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və  Avstriyanın  20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı həmyerlimiz, 8 yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda böyük rəqib ordusunun olmasına baxmayaraq  fəxri kürsününun ən yüksək pilləsini tutmuş, qızıl medala sahib olmuşdur! 

Mina Azərbaycana olan sevgisini hər kəsə bəyan etmək üçün mükafatlandırma mərasimini əks etdirən fotolarında da xüsusi jestlərdən  istifadə edib. O, fəxri kürsünün ən yüksək pilləsindən üç rəngli  müqəddəs  bayrağımıza  sarılaraq Vətənimizə  hərbi salam gondərib, bununla da Azərbaycan üçün hər zaman,  hər şeyə hazır olduğunu bəyan edib. İstər münsiflər heyəti, istərsə də tamaşaçı auditoriyası balaca gimnastımızın bu jestini sürəkli alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq  dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunda məşğul olur. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir. Balaca gimnastın ən böyük arzusu isə doğma Azərbaycanı Dünya  çempionatlarında və Olimpiya  oyunlarında təmsil etmək və  üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır! Uğur olsun, Mina!

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə