Bu il "Xəzər" avtomobilləri Ukraynaya ixrac ediləcək. Bunu jurnalistlərə açıqlamasında "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov deyib. O bildirib ki, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur: "İxraca 2019-cu ilin ortalarında başlanılacaq". Sədr qeyd edib ki, ötən il ərzində istehsal olunan "Khazar" avtomobillərinin 400 ədədi dövlət qurumları, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb: Onun sözlərinə görə, satılan avtomobillərin 25 faizi kredit yolu ilə, qalanı nağd yolla satılıb". ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024