CAN VƏTƏN TRT-yə istinadən xəbər verir ki, Çin Dövlət Bazar Tənzimləmə İdarəsi tərəfindən verilən açıqlamaya görə, avtomatik sükan funksiyası işə salındıqda sürücülərin onu əl ilə idarə etməklə birlikdə istifadə edərək sükan idarəetməsində xətalara səbəb olduğu bildirilib. Şirkət qəzalara səbəb ola biləcək problemi aradan qaldırmaq üçün xaricdən gətirilən 1,6 milyon “Model X”, “Model S”, “Model 3” və “Model Y” elektrik avtomobillərini geri çağırıb. Bildirilib ki, düzəlişlər Teslanın Pekin və Şanxaydakı baş ofisində proqram yeniləmələri vasitəsilə uzaqdan həyata keçirilə bilər. Sözügedən xəta uzaqdan proqram təminatı yeniləmələri ilə də düzəldiləcək."Tesla" 1.6 milyon elektromobili geri çağırdı
ABŞ-ın elektromobil istehsalçısı "Tesla"nın avtomatik sükan funksiyasında yaranan problemə görə Çində satdığı 1,6 milyon elektrik avtomobilini geri çağırdığı bildirilir.
Bütün hüquqlar qorunur © 2024