Masallı şəhərindəki küçə adları ilə bağlı 10.09.2021-ci il tarixdə "Cənubxəbəraz" saytlnda yayımlanan yazıya yerli sakinlər, ziyalılar tərəfindən 3 gün ərzində heç bir reaksiya olmadı. Rusiyada yaşayan Kolatan əsilli Adoğlan İsayev və Lənkəran rayonunun Havzava kənd sakini, tarixçi-etnoqraf İldırım Şükürzadədən başqa. Belə çıxır ki, məsələ ilə bağlı hər şey qaydasındadır və bu belə də olmalıdır.Xodaşirin Cəbiyev:
Kimdir bu adlarl kuçələrə verənlər?
Ay kişilər!
Masallıda küçə adl verilən o şəxsiyyətlərin az qala 60%-nin Masallı və masallılarla heç bir ictimai əlaqələri olmaylb. Bəlkə Azərbaycanın paytaxtı Masallıya köçürülüb, bizim xəbərimiz yoxdur. Kimdir bu adlarl kuçələrə verənlər? Hansı meyarlarla küçə adları verilir? Bəlkə aidiyyəti orqanların təmsilçiləri sosial şəbəkələrdə açıqlama versinlər. Niyə 115 küçədən cəmi 10-u Masallı əsilli şəxsiyyətlərin adını daşıyır? Niyə Masallının adlı-sanlı adamlarının adına dalan, ara küçələr olmalıdır? Masallının görkəmli alimlərinin, ictimai-siyasi xadimlərinin, generallarının, əmək qəhrəmanlarının, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin sayı yüzlərlədir. Bəs onların adları hansı şəhərdə və nə vaxt əbədiləşdiriləcək? Bir vətəndaş kimi, Masallı şəhərinin sakini kimi, ziyalı kimi aidiyyəti qurumlardan təvəqqe edərək, cavab istəyirəm.
Bütün hüquqlar qorunur © 2024