10 fevral 2019 - 15:04
Bu il "Xəzər" avtomobilləri Ukraynaya ixrac ediləcək.
Bunu jurnalistlərə açıqlamasında "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur: "İxraca 2019-cu ilin ortalarında başlanılacaq".
Sədr qeyd edib ki, ötən il ərzində istehsal olunan "Khazar" avtomobillərinin 400 ədədi dövlət qurumları, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb: Onun sözlərinə görə, satılan avtomobillərin 25 faizi kredit yolu ilə, qalanı nağd yolla satılıb".
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )