Canveten.az xəbər verir ki, Botanika İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Validə Əlizadə və həmin institutun Gənc alim və mütəxəssislər şurasının sədri, Toxum Bankı sektorunun müdiri, elmi işçi Aidə İbrahimovanın həmmüəllifi olduğu məqalə Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığı (MTBT) tərəfindən hazırlanan"Samara"beynəlxalq jurnalında çapdan çıxıb. “Azərbaycanda Bitkilərin Qorunmasının Qlobal Srategiyası Hədəf 8-nə nail olmaq” adlı məqalədə Azərbaycanın bitki və genetik müxtəlifliyinin qorunması üzrə xüsusilə endem, təhlükə altında olan və faydalı prioritet növlərin ex situ mühafizəsinə dair aparılan elmi-tədqiqat işlərinin nəticələri əks olunub. Tədqiqatlar AMEA Botanika İnstitutu və Minilliyin Toxum Bankı Tərəfdaşlığı arasında 2012-ci ildən başlayaraq Qafqaz florasının qorunması istiqamətində həyata keçirilən bir sıra layihələrçərçivəsində aparılmışdır. Bu layihə Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi üzrə BMT-nin Biomüxtəliflik Konvensiyasının Bitkilərin Qorunmasının Qlobal Strategiyası (GSPC) Hədəf 8” fəaliyyət planında vəAzərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üzrə 2017-2020-ci illər üçün Milli Strategiyada əksini tapmış məqsədlərin reallaşdırılmasına öz töhvəsini verir. Qeyd edək ki, Jurnal MTBT-nin əməkdaşlıq etdiyi 70-dən çox ölkədən olan 300-dən çox elmi təşkilatagöndərilir. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024