“Qırmızı Körpü” gömrük postunda mobil səyyar hospital xidmətə başlayıb

Təqvim
“Qırmızı Körpü” gömrük postunda mobil səyyar hospital xidmətə başlayıb
07 fevral 2019 - 15:40

"Bİ" xəbər verir ki,  son vaxtlar Gürcüstanda qənaətbəxş olmayan epidemik vəziyyətin yaranması ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirləri həyata keçirilir. Bu işə cavabdeh olan Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi müvafiq öhdəliyin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atır.

Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi üçün Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Komitənin Tibbi Xidmət İdarəsinə də müvafiq tapşırıqlar verilib. Həmin sərəncama əsasən Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti Gürcüstanla dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinə ezam olunub.

Qeyd edək ki, Tibbi Xidmət İdarəsi tərəfindən Gürcüstanla sərhəddə yerləşən bütün sərhəd buraxılış məntəqələrində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

İlk növbədə şəxslərin ölkə ərazisinə daxil olarkən təmasda olduqları bütün səthlərin mütəmadi olaraq xüsusi məhlullarla dezinfeksiya edilməsi məsələsinə metodik dəstək verilir. Eyni zamanda, gömrük ərazisinə daxil olan şəxslərlə birbaşa təmasda olan gömrük əməkdaşlarının qrip epidemiyasından qorunması üçün şəxsi gigiyena qaydaları və bu qaydalardan düzgün istifadə haqqında təlimlər keçirilir, gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurulur.

Məlumat üçün bildirək ki, artıq Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə “Qırmızı Körpü” gömrük postuna təhkim olunub və fevralın 5-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərəcək, zərurət yarandıqda infeksion xəstələri Səhiyyə Nazirliyinin müvafiq strukturlarına təhvil verəcək. Mobil hospitalda, eyni zamanda iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin sərhəd-buraxılış məntəqələrində xidmət göstərən əməkdaşları, eləcə də dövlət sərhədini keçən şəxslər üçün zəruri hallarda təcili tibbi yardımın göstərilməsi imkanının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Bunun üçün Tibbi Xidmət İdarəsi tərəfindən respublika üzrə bütün sərhəd-buraxılış məntəqələrində ilk tibbi yardım məntəqələrinin təşkil edilməsi planlaşdırılır. Tibb məntəqələri vətəndaşlarda və gömrük işçilərində hər hansı sağlamlıq problemi müşahidə olunarsa ilk yardımın göstərilməsi üçün avtomatik defibrillator, ilk yardım ləvazimatları, dərman preparatları və digər vasitələrlə təchiz olunacaqdır. Həmçinin, sərhəd-buraxılış məntəqələrində çalışan gömrük işçilərinə Komitənin Tibbi Xidmət İdarəsinin həkimləri tərəfindən ilk yardım təlimləri təşkil ediləcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə