Təqvim
Gülağa Tənha : İnsanları yaxından tanıdiqca, heyvanlara etibarım daha da artır...
01 fevral 2019 - 18:01

Qənbərov (Gülağa Tənha) son 10 illikdə az qala ölkənin xeyriyyəçilik simvoluna çevrilib. Saysız-hesabsız yardımlar, məktəb tikintisi, qocalar, mərasim evi, kənd yolunun təmiri, yazıçılara, bəstəkarlara, müğənnilərə, gənc alimlərə yardımlar... Qısası, müqayisəyə gəlməz, siyahılara sığışmaz xeyriyyəçilik tədbirləri. Məhz onun yardımı ilə yüzlərlə insan şəfa tapıb, çörəyə çatıb, problemlərini həll edib. 

 

–  Bundan sonra fəaliyyətinizdə nələrə daha çox üstünlük verəcəksiniz?


- Mən bu yurdun oğluyam və nə qədər canımda can var, böyük pullar qazanmaq imkanım var bu yurda vəsaitimi əsirgəməyəcəm. Əvvəlki illərdən fərqli olaraq fərdi yardımlara o qədər də vəsait ayırmaq fikrində deyiləm. Əsas hədəfim intellektə diqqət yetirməkdir. Yaxın planlarımda hər il ən azı 10 istedadlı masallılı şagirdin (600-dən artıq bal yığan) xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almasını maliyyələşdirməkdir. Bir mədəniyyət mərkəzi yaratmaq istəyirəm ki, orada hər il yüzlərlə imkansız ailənin övladı kompüter texnikasına yiyələnsin, ingilis, fransız, ispan dillərini öyrənsin, ciddi tələbat olan peşələrə yiyələnsin. Əlimdə gözəl bir uşaq bağçası binasının layihəsi var. Onu da reallaşdırmaq yaxın planlarım sırasındadır.

 

Siz fəaliyyətinizi aylar, illər üzrə planlaşdırırsınız, ya 5, 10 illik planlarınız da var?

 

- Həm elə, həm belə. Yuxarıda dediyim kimi əsas diqqəti intellektə yönəltmək istəyirəm. Mən nazirlər kabineti deyiləm. Çalışıram o işlərdə xalqımıza, dövlətimizə, prezidentimizə yardımçı olum ki, həmin sahələr hökumətimiz tərəfindən bir qədər unudulub, hökumətin həmin sahəyə yatırım qoymağa hələlik imkanı yoxdur.

 

- Sizdə hər şey – biznes, xeyriyyəçilik, şairlik paralel gedir, ya hansısa hansını üstələyir? Yəni yaxın gələcəkdə bunların hansına daha çox üstünlük verəcəksiniz?


-Keçmişdə bir mahnı var idi. Orada deyilirdi ki, kamanın öz yeri, tarın öz yeri. Tanrı mənə o bacarığı verib ki, əvvəl kasıbçılıqla böyüsəm də, hazırda böyük pullar qazanmaq mənim üçün heç bir problem deyil. Pulu sərvət üçün qazanmıram. Allaha dua edirəm, daha çox qazanım ki, daha çox insana yaxşılıq edə, yardım göstərə bilim. Bu yaxşılıqları etdikcə sanki daha saflaşır, daha durulaşır, kövrəkləşir və bütün bunlar da şeirə çevrilir. Yəni, mən bu 3 qanadın heç birini o birindən ayrı tutmaq istəmirəm.


- Doğulub boya-başa çatdığınız Ərkivan üçün xüsusi layihələriniz varmı?


- Bəli, var. Tale məni Ərkivan kimi zəngin mədəniyyəti, qədim tarixi, dəyərli insanları olan diyarda dünyaya gətirib. Hazırda komanda üzvlərim layihələr üzərində işləyir. Yəqin ki yaxın vaxtlarda ya qocalar evi ya da yuxarıda qeyd etdiyim kimi mədəniyyət mərkəzi inşa etmək istəyirəm.

 

- Bəzən haylı-küylü xeyriyyə marafonları keçirirsiniz. Yaxın vaxtlarda belə bir marafon gözlənilirmi?


- Xeyriyyə marafonlarımız olacaq, ancaq haysız-küysüz.


- Elə xeyriyyə arzularıız varmı, onu reallaşdırmaq mümkünsüz olub? Yaxud, bu sahədə nəyi zirvə hesab edirsiniz?

 

- Azərbaycan xalqınin, doğma yurdumun firavan-xoşbəxt yaşaması mənim xeyriyyəcilik fəaliyyətimin kulminasiya nöqtəsidir.

  

- Elə xeyriyyəçilik işiniz olub ki, sonra bunun peşimanlığını çəkəsiniz?


- Hə, olub. Həmin vaxtı heç bilmədim, gülüm, ya ağlayım. Bir qadının həyat yoldaşı çox ağır durumda idi. Xeyli vəsait ayırdım ki, o əməliyyat olunsun. Tale elə gətirdi ki, həmin şəxs əməliyyat zamanı öldü. Bu şəxsin həyat yoldaşı olan qadın mənə hücum çəkdi ki, sən pul ayırıb onu əməliyyata göndərməsəydin, bəlkə bir az da yaşayardı, ölməzdi.


- Sizi daha çox istəyənlər- dostlarınız, qohumlarınız yaxşı işlərinizi təqdir etməklə yanaşı, sizi nədə qınayırlar?


- Hədsiz kövrəklikdə, əliaçıqlıqda. Deyirlər ki, onsuz da bütün insanların könlün yerində edə bilməyəcəksiniz. 1000 adama yaxşılıq edəcəksiniz, 3 min adam inciyəcək ki, niyə mənə yox. 
- Siz 2 il öncə SİA.TV-yə müsahibə verərək demişdiniz ki, bizim MTN hazırda biznes-kluba çevrilib. Həmin vaxt çoxu bunu həm təhlükəli, həm populist bir fikir kimi dəyərləndirdi. 2 ildən sonra siz deyənləri ən yüksək vəzifəli şəxslər deyir. Siz nədən belə qənaəttə gəlmişdiniz? 
-Bu onu sübut edir ki, mən cənab prezident ilham Əliyevin məsləhətcilərinidən, dovlətin ən nüfuzlu vəzifəli şəxslərindən bir necə il öndə gedirəm. Xalqımın başına gələcək fəlakətləri əvvəlcədən görürəm. Cünkü vəzifəli şəxslərin əksəriyyətinin başı cənab prezidenti aldatmağa, dövləti və xalqı talamağa qarişıb. Mən isə öz intellektimi cənab prezident İlham Əliyevin imicinin-reytinginin və nüfuzunun yüksəlməsnə , azərbaycan xalqının firavan yaşamasına sərf edirəm.
Hazırladı: Zahir

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə