“Paqani Avtomobil" (Pagani Automobile) şirkəti xarici ölkələrdə təhsil alan 150 azərbaycanlı tələbəyə təqaüd vermək niyyətindədir. Canveten.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri azərbaycanlı Ulmila xanım sosial şəbəkələrdə paylaşım edib. O bildirib ki, təqüdlər kriteriyalara uyğun gələn şəxslərə veriləcək: “Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlara, şəhid ailəsinin üzvü olanlara, Qarabağ müharibəsi qazilərinin yaxınlarına, ağır maddi durumda olan ailələrin övladlarına təqüd veriləcək”. Ulmila xanım tələbələrdən bu əsas kriteriyalara uyğun sənədləri pasport və ya şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə Ulmilani.Pagani@outlook.com elektron poçtuna göndərməyi xahiş edib. O qeyd edib ki, sənədlər araşdırıldıqdan sonra fevral ayında şanslı 150 tələbə ilə təqaüd müqaviləsi bağlanacaq. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024