Türkiyənin Bursa şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etdim. Tədbir son dərəcə gözəl təşkil edilmişdi. Buradan Azərbaycan Kültur Dərnəyi Bursa şöbəsi başqanlığına, şəxsən xanım Handan Askeran Tona təşəkkürümü bildirirəm. Həm onun, həm də digər çıxış edənlərin fikirlərində Şərqin ilk demokratik respublikasına dərin rəğbəti, misilsiz dəyəri duymaqdan qurur, fəxarət hissi keçirdim. Mindən çox iştirakçının qatıldığı toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin türk və bütövlükdə İslam dünyasında oynadığı rol müfəssəl təhlil olundu. Ümumən tədbir Azərbaycancılığın və türkçülüyün böyük şöləni kimi xatirəmdə qaldı. Mədəniyyətimizin, musiqimizin koloritliliyini, zənginliyini Azərbaycan Kültur Dərnəyinin orkestrinin, Ankara Dövlət Operasının azərbaycanlı solistlərinin və ifaçılarının çıxışında görmək həqiqətən də heyrətamiz idi. Əflatun Amaşov
Bütün hüquqlar qorunur © 2025