Dejavu ən çox ruh halı dəyişənlərdə baş verir

Təqvim
Dejavu ən çox ruh halı dəyişənlərdə baş verir
18 yanvar 2019 - 14:02

Bəzən adama elə gəlir ki, həyatda üzləşdiyin hadisələri əvvəllər nə vaxtsa yaşamısan. Həmin halla qarşılaşanlar bunu fövqəl bir hiss kimi qəbul etsələr də, əslində bu hal tibbə məlumdur və elmi dildə beynin bu cür reaksiyasına dejavu deyilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bu barədə AZƏRTAC-a məlumat verərək deyib: “Dejavu” sözünün mənası daha əvvəl görülmüş deməkdir. İnsanın bir hadisəni daha əvvəllər yaşaması və ya ilk dəfə gedilən bir yerdə nə vaxtsa olduğu təsəvvürünü yaradan psixoloji haldır. Dünyada insanların 70 faizindən çoxu dejavu ilə üzləşdiklərini bildirirlər. Ona daha çox 15-25 yaşarası dövrdə təsadüf edilir və ruh halı dəyişən insanlarda daha çox rast gəlinir.

Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin onun tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozğunluğunun əlamətləridir”.

Psixoloqun dediyinə görə, əgər uşaqlar tez-tez eyni halla qarşılaşdıqlarını bildirirlərsə, valideyn laqeyd qalmamalı və mütəxəssisə müraciət edilməlidir. Aparılan araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətidir. O, daha sonra deyib:” Dejavu hissində əsas rolu hipokampusdakı neyronlar oynayır və onlar oxşar vəziyyətlər yarandıqda dərhal ən xırda fərqləri belə tanıya bilir. Məhz beynin həmin hissəsinin fəaliyyəti sayəsində insan hansı hisslərinsə tamamilə yeni olduğunu müəyyənləşdirə bilir. Hipokampus insanın təcrübəsini indiki və keçmiş zamana ayırır. Lakin keçmiş və indiki üst-üstə düşdükdə hipokampus donur. Bunun nəticəsində də insanda qəribə xatirələr yaranır”.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə