Həddən artıq yağlı yeməklər damar tıxanmasına səbəb olur. Damar tıxanması isə ürək-damar xəstəlikləri, infarkt və bir çox müxtəlif xəstəliklərə səbəb olur. Əsasən də ürəyi qorumaq üçün damarların tərtəmiz olması lazımdır. Bunun üçün də damarları təmizləyən qidalara üstünlük verilməlidir. Canveten.az medicina.az-a istinadən damarları tozsoran kimi təmizləyən resepti təqdim edir: Lazım olanlar: 250 ml zəncəfil suyu 250 qr sarımsaq püresi 250 ml limon suyu 250 ml alma sirkəsi 5 x.q. bal Baldan başqa bütün ərzaqları qarışdırın və vam odda 30 dəqiqə bişirin. Bişdiyi müddətdə tez-tez qarışdırın. Daha sonra bir qırağa qoyub, soyumasını gözləyin. Qarışıma bal əlavə edib, şüşə butulkaya tökün. Soyuduca 1-2 ay müddətində saxlayın. Bu müddət başa çatdıqdan sonra hər səhər acqarına 1 xörək qaşığı için. Sarımsaq və bal qan təzyiqini və xolesterolu azaldır, zəncəfil ürək xəstəliklərinin qarşısını alır, limon ürək ritmini qaydasına salır, alma sirkəsi isə toksinləri orqanizmdən kənarlaşdırır. Qeyd: bu, xalq təbabətindən gələn üsuldur. İstifadədən əvvəl içərisində olan ərzaqlardan hər hansı birinə qarşı allergiyanız olub-olmadığını dəquqləşdirin. Əgər bilmirsinizsə, mütəxəssisdən kömək istəyin. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025