Özbəkistanın tanınmış Azərbaycan mədəniyyətinə dair geniş veriliş nümayiş etdirilirb (+FOTOLAR)

Təqvim
Özbəkistanın tanınmış Azərbaycan mədəniyyətinə dair geniş veriliş nümayiş etdirilirb (+FOTOLAR)
17 yanvar 2019 - 19:25

canveten.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzində Özbəkistanın “Məhəllə” telekanalı bu ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələrinə dair geniş veriliş hazırlayıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünya xalqlarının tarixi və mədəniyyəti seriyasında hazırlanan verilişdə Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, mətbəxi, musiqi-rəqs sənəti öz əksini tapıb.

Verilişdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlərə dair müsahibəsi öz əksini tapıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində Azərbaycan tarixinin ən qədim dövrdən müasir dövrə qədər əhatə edən eksponatlar, xəritələr,  tarixi abidələrin maketləri verilişdə xüsusi işıqlandırılıb,  milli musiqi alətlərimız haqqında geniş məlumatlar öz əksini tapıb.

Verilişdə vurğulanıb ki, hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bugünüdür. Azərbaycan mədəniyyətinin zənginliyini və xalqımızın qədimliyini,  bacarıq və ənənələrini nümayiş etdirən xalça sənətinə verilişdə xüsusi yer ayrılıb. Belə ki, Mərkəzin “Odlar yurdunun naxışları” adlı xalça muzeyində sərgilənən  tarixi Azərbaycan xalçaları – Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s. haqqında geniş məlumat verilmiş və qeyd olunmuşdur ki, xalçaçılıq Azərbaycanda  firavanlıq  simvolu və ən qədim sənət sahələrindən biridir.

Müəllif qeyd edir ki, Azərbaycanda hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan xalça, gələcək gəlinlərin cehizlik üçün toxunan xalçalar, toy yaxud yas mərasimləri üçün toxunan xalçalar. Hər regionun özünəməxsus xalça toxuma üsulu və ornamentlərinin mövcudluğunu qeyd edən müəllif bunların bir-birindən fərqləndiyini xüsusi diqqətə çatdırır.

Ekran əsərində Azərbaycan milli rəqs sənəti haqqında geniş məlumat verilir və onların yaranması, formalaşmasını  uzun əsrlər boyu davam etdiyi qeyd olunur. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki  rəqs dərnəyi – “Azərbaycan qızları” rəqs ansamblının  “Uzundərə”, “Mirzəyi”, “Xançobanı”, “Nəlbəki” və s. milli rəqslərimiz ifası nümayış  etdirilir, rəqs ansamblın rəhbəri, Azərbaycanın əməkdar artisti Kökəb Əliyevanın  milli rəqslərimizlə bağlı fikirləri, ansamblın yaranması, fəaliyyəti haqqında müsahibəsi verilişdə öz əksini tapıb.

Mədəniyyət  Mərkəzinin  foyesində açıq yaradılmış “Azərbaycan milli libasları” stendi verilişdə nümayiş etdirilərək, ölkəmizin mədəni inkişafının xüsusiyyətlərini əks etdirən geyim mədəniyyəti haqqında məlumatlar işıqlandırılır.

Müəllif verilişdə qeyd edir ki, hər bir milləti dünyada tanıdan və digər xalqlardan fərqləndirən onun adət-ənənələridir. Ekran işində  Azərbaycan xalqının adət və ənənələrindən söhbət açılır, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının  özünün zəngin adət və ənənələrinin həmişə diqqət cəlb etdiyini qeyd edilir.

Qeyd edək ki, Novruz  bayramı zamanı icra edilən ənənələr,  bayram süfrəsinin hazırlanması,  Azərbaycanda keçirilən toy şənlikləri zamanı icra olunan qədim və zəngin adətlər barədə Mərkəzin əməkdaşı Salama Fətəliyeva geniş məlumat verib.

Verilişdə Azərbaycan xalqının çay mədəniyyəti, çay dəstgahına xüsusi bölmə ayrılıb.  Azərbaycanda  illər boyu özünəməxsus çay mədəniyyətinin formalaşdığını qeyd edən aparıcı Mədəniyyət Mərkəzində canlı olaraq hazırlanan çay süfrəsini nümayiş etdirib. Mədəniyyət  Mərkəzinin foyesində təşkil edilmiş çay süfrəsi verilişdə geniş işıqlandırılımış, burada milli libasda qonaq olan qızlara Azərbaycan çayının necə dəmlənməsi, qonaqlara armudu stəkanlarda, müxtəlif  şirniyyat və mürəbbələrlə  təqdim olunması nümayiş olunub.

Milli mədəniyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan mətbəxi – mətbəx mədəniyyətini, onun tarixi, adətləri, süfrə psixilogiyası ekran işində xüsusi yer tutub.

Azərbaycan milli mətbəxi ən qədim, zəngin, dadlı mətbəxlərindən biri olduğunu qeyd edən müəllif, milli mətbəximizin zənginliyini qeyd edib və mətbəximizə aid 2000-dən çox xörək növünün olduğunu bildirib.

Mərkəzin mətbəxində milli yemək növlərindən danışılıb və canlı olaraq Azərbaycan yeməklərinin şahı – dolmanın hazırlanma prosesi nümayiş etdirilib. Azərbaycanda ən çox sevilən, bayramlarda, şənliklərdə, gündəlik həyatda tez-tez hazırlanan yarpaq dolmasının bükülməsi,  bişirilməsi, onun texnologiyası ətraflı göstərilib və sonda, onun süfrəyə hansı nemətlərlə birgə təqdim olunması böyük maraqla işıqlandırılıb.

Qeyd edək ki, verilişə Özbəkistanda böyük maraq yaradıb və tanınmış “Məhəllə” telekanalında iki dəfə nümayiş etdirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə