Təqvim
Tanmmış KIV nümayəndələri BSU-da imtahanların gedişini izləyib (+FOTOLAR)
17 yanvar 2019 - 19:00

canveten.az xəbər verir ki, yanvarın 15-də Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyası ilə bağlı ölkənin tanınmış KİV nümayəndlərinin iştirakı ilə mediatur keçirilib. Tədbirə “Azərbaycan”,“Yeni Azərbaycan”, “Azərbaycan müəllimi”, “İki sahil”, “525-ci qəzet”,”Həftə içi”,“Səs”, “Kaspi” qəzetlərinin, AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi, Faktinfo.az saytı, Moderator.az, Eduaz.az, Tehsilpress.az saytlarının nümayəndələri qatılıblar.  Qonaqları əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib və onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. N.Əliyeva BSU-da 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının uğurla davam etdiyini bildirib. Rektor qeyd edib ki, təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur.

N.Əliyeva vurğulayıb ki, BSU-da artıq 357 fənn üzrə imtahan təşkil olunub. Hazırda universitetin əsas və ikinci tədris binasında ümumi 44 auditoriyada imtahan keçirildiyini diqqətə çatdıran N.Əliyeva  məlumat verib ki,  bu imtahanlardan 33-ü əsas binada, 11-i ikinci tədris binasında aparılır. Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini qeyd edib.

         Rektor BSU-da keçirilən imtahanların yazılı şəkildə aparılmasının tələbələrin orfoqrafik normalara düzgün əməl etməsində mühüm rol oynadığını diqqətə çatdırıb. N.Əliyeva deyib: “Prezident İlham Əliyev 1 noyabr 2018-ci il tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısının fərmanına əsasən, BSU-da yazılı şəkildə aparılan imtahanlarda tələbələrin Azərbaycan dilinin orfoqrafik normalarına düzgün əməl etməsinə xüsusi diqqət göstərilir. Ana dilinin qaydalarına düzgün əməl olunmaması tələbənin imtahan balına təsir edir”.

O, imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələrinin dərhal elan olunduğunu deyib. Rektor  adıçəkilən saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala biləcəklərini, imtahan qərargahı ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib. N.Əliyeva universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. Bu günə qədər keçirilən imtahanlardan 40-a yaxın tələbənin Münaqişə komissiyasında müraciətinə baxılıb, 23 nəfər tələbənin mövcud qaydalar uyğun şəkildə balları qaldırılıb. O qeyd edib ki, qış imtahan sessiyasında BSU-da tələbələr üçün hər il olduğu kimi bu il də imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılır.

             Sonra qonaqlar Operativ qərargahın işi ilə tanış olublar. Qərargahın rəhbəri, professor Habil Məmmədov KİV nümayəndələrinə qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə ətraflı məlumat verib. Qərargah rəhbəri tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayır. Habil Məmmədov qərargahın iş rejimi barədə də məlumat verib. O, bildirib ki, qərargah imtahandan öncə, yəni saat 08:30-da işə başlayır. Rektorun 26 dekabr 2018-ci il tarixli 146 saylı əmrinə əsasən yaradılmış qərargah 13 nəfərdən ibarətdir. Qərargah rəhbərinin sözlərinə görə, imtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar dərhal aradan qaldırılır. O, imtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə universitetin Münaqişə komissiyasında baxıldığını bildirir. H. Məmmədov qeyd edir ki, yanvarın 3-dən etibarən başlayan imtahanlardan qərargaha hələ müraciət daxil olmayıb. Hər gün saat 10:00-dan 13:00-a qədər tələbələrin şikayətləri qərargahda qəbul edilir. Saat 14:00-dan etibarən şikayətlərə baxılır. Şikayətlərin araşdırılmasında valideynlər də iştirak edir.

            Sonra qonaqlar 3-cü, 4-cü, 5-ci mərtəbələrdə yerləşən auditoriyalarda imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, ağıllı lövhələrin də iş prinsipləri ilə tanış olublar. Jurnalistlər imtahanların gedişinə mane olmamaq şərti ilə imtahan aparan müəllim və nəzarətçilərdən müsahibə alıblar.

         Görüşün sonunda jurnalistlərin imtahan sessiyası ilə bağlı təssüratları dinlənilib. Trend  İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev BSU-da keçirilən imtahanlarla bağlı müsbət fikirlər səsləndirib, tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

         “Tehsilpress.az” saytının baş redaktoru Əkbər Hüseynzadə BSU-da keçirilən tədbirlərin ölkəmizin humanitar əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıdığını dilə gətirib. BSU-da keçirilən imtahanlarda biliyin yeganə meyar olmasının gənclər üçün əhəmiyyətindən danışan Ə.Hüseynzadə rektor, professor Nurlana Əliyevaya yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıq edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə