Gənclik sirri şiatsu masajında gizlidir! Yapon mütəxəssisləri elan edib ki, şiatsu masajı ilə göz ətrafında qırışların yaranmasını gecikdirmək, hətta aradan qaldırmaq mümkündür. Bu masajın özəlliyi ondadır ki, üzdəki müəyyən nöqtələrə basmaqla həyata keçirilir. Şiatsu sözü yaponcadan tərcümədə basmaq və barmaq mənasındadır. 20-ci əsrin əvvəlində Tokujiro Namikoşi tərəfindən kəşf edilən bu masaj anatomiya biliklərinə və Tibet tibbinin sirlərinə əsaslanaraq artrit müalicəsində istifadə olunurdu. Bu sadə və təsirli üsul yapon xalqı tərəfindən bəyənilib və Yapon təbabətində rəsmən tanınıb. Kosmetologiyada da bu günədək aktiv şəkildə istifadə edilir. Maraqlıdır ki, bu üsulun müəllifi 95 yaşına qədər yaşayıb və yaşından xeyli cavan görünüb. Təsiri Üzdə və bədəndə elə nöqtələr var ki, üzərinə basdıqda qan dövranını stimullaşdırır. Eyni zamanda, toxumalardakı metabolizmi sürətləndirir. Odur ki, bədəndə cavanlaşma təbii prosesi başlayır. Barmaqla təzyiq masajı sayəsində əzələləriniz güclənir, qırışların azalır, dərinin elastikliyi artır və yağ ifrazı normaya düşür. Qaşları qaldırmaq
Barmaqlarınızı şəkildə gördüyümüz nöqtələrə yerləşdirib basın. Yüngülcə yuxarı doğru çəkməyə başlayıb basmağa davam edin. Bunun üçün sadəcə 7 saniyəyə ehtiyacınız var. Qaz ayaqları
İşarə barmaqlarınızla gözlərin kənarlarına basıb gicgahlara tərəf dartın. Lakin dərini deyil, o nöqtədə yerləşən əzələləri dartmağa çalışın. Bu hərəkəti 3 saniyə və 3 dəfə təkrar edin. Şişkinliyi azaldın Gözün iç tərəflərinə və kənarlarına orta və işarə barmaqlarınızla basın. Lakin dərini dartmayın. Qaş ortasındakı qırışlara qarşı
İşarə, orta və üzük barmaqlarını sıx birləşdirib qaşların arasındakı 3 nöqtəyə 5-7 saniyə basın. Masajı 2 dəqiqə təkrar edin. Gözaltı nahiyə
İşarə, orta və üzük barmaqlarını həssas nöqtəyə yerləşdirin və yüngül təzyiq göstərin. Masajı 10 saniyə və 2 dəfə təkrar edin. Bu məşqlər ayrı-ayrı edilə və ya şiatsu texnika ilə tam üz masajı kimi həyata keçirilə bilər. Aytən ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Canveten.az xarici mətbuata istinadən xəbər verir ki, Yapon təbabətində rəsmən qəbul edilən və yalnız bir dəqiqə davam edən bu masajı səhərlər, axşamlar və ya gözlərinizi yorğun hiss etdiyiniz hər an yerinə yetirə bilərsiniz.
Bütün hüquqlar qorunur © 2024