Təqvim
Ağdam rayonunun 2 kəndinin içməli su problemi həll edilib (+FOTOLAR)
25 dekabr 2018 - 16:11

Canveten.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Ağdam rayonunda icra olunan içməli su təchizatı layihəsi yekunlaşıb. Layihə çərçivəsində rayonun Hacıturallı və Ballar kəndlərində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.  

Kəndlərə içməli suyun verilməsi münasibəti ilə Ağdam rayonunun Ballar kəndində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib.  Bildirib ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda  içməli su ilə təminat həmişə aktual olub. Əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatında çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub. 

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev kənd yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsini xüsusi vəzifə kimi qarşıya qoyub. Bu istiqamətdə həyata keçirilən layihələr sırasında cəbhəyanı ərazilərdə yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə 2018-ci ildə 41 kəndin içməli su təchizatı yaxşılaşdırılıb, növbəti illərdə digər kəndlərdə də belə layihələr icra olunacaq.

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını keyfiyyətsiz quyu suları və uzaq məsafələrdən daşınan artezian suları ilə ödəyirdilər. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  

Ağdam rayonunun Hacıturallı və Ballar kəndlərində su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb. Kəndlərdə müxtəlif diametrli borularla 9,4 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 48 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Ağdam rayonunun 2 kəndində icra olunan içməli su layihəsindən 1000-dən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə  aparıldığından əhalidən ödəniş tələb olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə icra olunan layihələr 19 rayonunun 41 yaşayış məntəqəsini  əhatə edir. Bu layihələr 58 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar, BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə