Təqvim
Barselonada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (+FOTOLAR)
13 dekabr 2018 - 14:23

Dekabrın 10-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Barselona şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniya Konqresinin deputatları, İspaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, ölkə ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və Barselona şəhərindəki Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycan tarixinin 35 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, məhz bu dövrdə Azərbaycanda bütün sahələrdə hərtərəfli inkişafa nail olunduğunu bildirib.

Səfir qeyd edib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşib, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar və etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. A.Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, məhz 1993-cü il iyun ayının 15-də xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkənin daxili və xarici siyasətində stabillik bərqərar olunub, atəşkəs əldə edilib, ölkə yeni inkişaf dövrünə qədəm qoyub.

Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider ölkəyə çevrildiyi diqqətə çatdırılıb.

Müasir Azərbaycanın əldə etdiyi tərəqqinin məhz həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən səfir ölkədə bütün sahələrdə əsaslı islahatların həyata keçirilməsinin Ümummilli Liderin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində mümkün olduğunu deyib. A.Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirib.

Türkiyənin Barselona şəhərindəki baş konsulu Güçlü Kalafat tədbirdə çıxış edərək Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında tanındığını bildirib, Ulu Öndərin Azərbaycan-Türkiyə dostluq, strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolunu diqqətə çatdırıb. G.Kalafat ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Türkiyəyə ən çox investisiya yatıran ölkədir, eyni zamanda, Türkiyə də Azərbaycanda ən iri investor kimi çıxış edir. O deyib: “Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu (TANAP) boru kəmərinin reallaşması, habelə Türkiyədə “STAR” neft emalı zavodunun açılması iki ölkə arasında qardaşlıq münasibətlərinin növbəti təzahürüdür”.

Daha sonra tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində “Sonsuzluğa gedən yol” sənədli filmi nümayiş etdirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© Qafqazinfo
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə