Gələn il dünya bazarında neftin orta qiymətinin 74 dollar/barel olacağı proqnozlaşdırılır. BI xəbər verir ki, bu barədə Dünya Bankının oktyabr ayında dərc olunan “Əmtəə Bazarları proqnozu”nda qeyd edilib. “2019-cu ildə dünya bazarında neftin orta qiymətinin bu ilin proqnozu olan 72 dollar/bareldən artaraq 74 dollar/barelə çatacağı gözlənilir. Hesabatda bildirilir ki, ABŞ-ın neft hasilatının daha da artacağı, İran və Venesuelada isə azalacağı gözlənilir. Dünya Bankı qlobal tələbatın isə sabit olacağını proqnozlaşdırır.
Bütün hüquqlar qorunur © 2024