Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,15 dollar və yaxud 0,19% artıb. "Bİ" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 78,27 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Bütün hüquqlar qorunur © 2024