Təqvim
Şəfalı əlləriniz var olsun
17 iyun 2024 - 00:12

Şəfalı əlləriniz var olsun

 

73 yaşım var. Əmək veteranıyam. Uzun müddət doğma Masallıda və qonşu rayonlarda rəhbər vəzifələrdə çalışmışam. Rayon Ağsaqqallar Şurasının üzvüyəm. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının sıralarındayam. Ömür kitabım acılı-şirinli, yadda qalan səhifələrlə zəngindir. Məni tanıyanlar yaxşı bilir ki, həmişə ətrafımdakılarla həssas, duyğusal münasibətlər saxlamağa çalışmışam. 
Həyatın enişli-yoxuşlu yollarında xoş anlarla yanaşı çətinliklərlə də rastlaşmışam. Lakin taleyin ağır sınaqlarına sinə gərərkən dözüm toplamağı, cəsarətli olmağı bacarmışam...
11 iyun 2024-cü il. Sağlamlığımın təhlükə altında olduğu gün. Ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə çatdırılıdım. Bir saat gec yetişsəydim, həyatımın sonu ola bilərdi. Təcili olaraq cərrahiyyə əməliyyatı masası hazırlandı. Tibb üzrə fəlsəfə doktoru, uzman, Almaniyada təhsil almış ürək cərrahı Vüsal Hacıyevin, həkim-kardioloq Vüsalə Rəhimlinin rəhbərliyi ilə əməliyyata götürüldüm. On saata yaxın davam edən açıq ürək əməliyyatı uğurla başa çatdı. Gənc, istedadlı həkimlərimizin köməyilə tamamilə sıradan çıxmış dörd damar yenisi ilə əvəz edildi. Hələ üstəlik infarkt keçirdiyim zaman yaranan mənfi əlamətlər də aradan qaldırıldı...
Ağır əməliyyat zamanı mənə yeni həyat bəxş etmiş Vüsal və Vüsalə həkimə, tibb ocağında çalışan xanımlardan –  Sevinc, Ayşən həkimə, tibb bacıları Xanıma, Təranəyə, Gülarəyə, Sevincə, Həcərə, Solmaza, Xatirəyə, Xumara, stasionar bölmənin baş tibb bacısı Ülkər Aşırovaya, tibb işçiləri İlahəyə, Aidəyə, xadimə Ruhiyyəyə dərin minnətdarlıq hissimi sözlə ifadə etməkdə acizəm. Çünki daşıdıqları müqəddəs peşəyə məsuliyyətlə, vicdanla, peşəkarcasına yanaşan bu mehriban, gülərüz insanların diqqət və qayğısı, fədakarlığı nəticəsində ölümün pəncəsindən xilas oldum, sağlamlığıma, ailəmə qovuşdum. Milli Qurtuluş günü, müqəddəs Qurban bayramı ərəfəsində dünyanın ən gözəl hədiyyəsi, həyatın ən şirin neməti olan cansağlığı ilə müjdələndim.
Sağlamlığımızın keşiyində duran bu cür xeyirxah, nəcib peşə sahibləri barədə ürək dolusu uzun-uzadı xoş danışmaq olar.
Sonda bir daha Bakı Sağlamlıq Mərkəzində pasiyentlərə göstərilən keyfiyyətli tibbi xidmətə görə səhiyyə ocağının rəhbərlik və kollektivinə, mənə yeni yaşam sevinci bəxş edən Avropa Ürək Cərrahları Assosiasiyasının üzvü, kardioloq-alim Vüsal Hacıyevə, yuxarıda adlarını çəkdiyim tibbi heyətə, o cümlədən xəstə olduğum müddətdə məndən ötrü narahat olan, tez sağalmağım üçün Allaha dua-səna edən hər kəsə öz adımdan, ailəmiz adından təşəkkürümü bildirirəm.

 

Xəlil HÜSEYNOV,
əmək veteranı, Masallı şəhər sakini. 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə