“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda Məlum olduğu kimi, Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bununla əlaqədar təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis olunub. Akif AĞAYEV
Ölkə rəhbərinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakmiyyətinin başçısı Araz Süleyman oğlu Əhmədov, dövlət qulluğu üzrə təqaüddə olan Əməkdar mədəniyyət işçisi Lətifə Əjdər qızı Mövsümova, Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Nuru oğlu Niftiyev, Masallı rayonu üzrə təhsil sektorunun metodisti, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Məhərrəm oğlu Fətullayev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüblər.
Bununla əlaqədar olaraq, Masallı RİHB-nın inzibati binasında medalların təqdimetmə mərasimi olub.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, bugünkü qalib Azərbaycan Ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir: “2023-cü ilin, ümumilikdə, “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsinə geniş imkanlar yaradıb. Müasir müstəqil dövlətimiz Ümummilli Liderimizin ideyaları əsasında inkişaf edir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir...”
Sonra Araz Əhmədov təltif olunanlara medalları təqdim edib, onlara səmimi təbriklərini çatdırıb.
Ağsaqqal-ziyalılar da öz növbələrində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini bildiriblər.
Bütün hüquqlar qorunur © 2024