Təqvim
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ
09 mart 2024 - 16:24

Masallıda şair Dadaş Sığdaşlının 90 illik yubileyi keçirilib

 

EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ

 

El-oba mərmidən yox,
“Vağzalı”dan oyansın.
Yurd-yuva toy-büsata, 
Əlvan rəngə boyansın.

 

Masallıda şair Hacı Dadaş Sığdaşlının 90 illik yubileyi qeyd olunub.     
Mərkəzi Kitabxanada təşkil edilən tədbirdə ağsaqqallar, ziyalılar, şair və yazıçılar, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov yubilyarı təbrik edib, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. O, rayonda, eləcə də respublikada tanınmış masallılı ədiblərin yaradıcılığına həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin ənənə halını aldığını diqqətə çatdırıb. 
Kitabxananın əməkdaşı Günay Xəlilova veteran kitabxanaçı, şair Dadaş Sığdaşlının ömür yolu barədə məlumat verib. 
Bildirilib ki, Dadaş Məmmədov 1934-cü il martın 14-də Masallı rayonunun axarlı-baxarlı güşəsində, dağlara sığınan Sığdaş kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 1956-cı ildə Bədələn kənd orta məktəbini bitirib, rayon komsomol komitəsinin göstərişi ilə 1957-ci ildə Sığdaşda açılan ilk kitabxanada müdir işləyib. O, bu bilik mənbəyində 60 ilə yaxın çalışıb, oxucuların dostu, sevimlisinə çevrilib. Bu müddətdə yaxşı işi müdiriyyət tərəfindən dəfələrlə fəxri fərmanlara layiq görülüb. 1967-ci ildə Lənkəran Kənd Təsərrüfatı Texnikimunu bitirib. 2005-ci ildə Həcc ziyarətində olub. Beş övlad, 50-dən çox nəvə-nəticə sahibidir. 
Hacı Dadaş rayonda onlarca gənc kitabxanaçıya hamilik edib, təcrübəsi rayonda yayılıb. Bədii yaradıcılıqla məşğul olan şair yeddi şeirlər kitabının (“Sığdaş əfsanəsi”, “Sığdaş arxalı dağlar”, “Kitab yaşadır məni”, “Yaşamaqdan doymamışam”, “Bulaqlar könlümün ilham çeşməsi”, “Sevgimlə yaşadım”, “Unutmasın ellər məni”) müəllifidir.  
Masallı rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev, şairlər, “Göy qurşağı” ədəbi məclisinin sədri Xanəli Tolış, Məmmədağa Dadaşov, jurnalist-publisistlər, “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşları Həsənağa Əliyev, Akif Ağayev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, mədəniyyət işçilərindən Sevda Abbasova, Gülər Piriyeva, Şəmsurə Nəsirova, Cəlalə Məmmədova və başqaları çıxışlarında sakit təbiətli, dağ vüqarlı bu nəcib kişinin mənalı ömür yolundan, kövrək ruhlu duyğusal şairin özünəməxsus yaradıcılığından danışıblar: “Ömrünün 90-cı zirvəsini fəth edən şair Hacı Dadaş Sığdaşlı geniş dünyagörüşünə, zəngin həyat təcrübəsinə sahib olan ağsaqqal, bu kitab sərrafı ana dilimizin, mədəniyyətimizin bilicisi, pərəstişkarı olmaqla yanaşı onun şeirlərində haqqa, mənəviyyata, kamilliyə, vətənpərvərliyə, təbiətə və s. aid olan düşüncələri öz əksini tapır. Şair qəlbindəki bütöv Vətən sevgisini Azərbaycana, Masallıya, Sığdaşa, qəhrəmanlarımıza həsr etdiyi şeir və poemaları ilə paylaşmağa çalışır.
Yazdıqlarının əksəriyyəti şahidi olduğu, eşitdiyi real hadisələrlə bağlıdır. Necə deyərlər, qəlbindəkini qələmdən gizlətməyib Dadaş əmi.

 

Bu çağacan vədim, sözüm düz olub,
Düz baxmışam insanların gözünə.
Düz heç kəsi yarı yolda qoymayıb,
Alqış olsun vədin, andın düzünə...”  

 

Sonda şair Hacı Dadaş Məmmədov tədbirin keçilməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib, yubilyara fəxri fərman və hədiyyələr təqdim edilib, şairlər ona həsr edilmiş şeirlərini oxuyublar.      

 

Akif VAQİFOĞLU

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə