Gülağa Tənha tərəfindən növbəti xeyriyyə aksiyası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü birliyimizin təcəssümü, humanist dəyərlərin təbliği yönümündə xüsusi əhəmiyyətə malik bayramlarımızdandır. Akif AĞAYEV
Belə günlər ərəfəsində qədirbilən, vətənpərvər eloğlularımızın xeyirxah əməllərinin şahidi olduqca bundan qürurlanır, özümüzü bir o qədər xoşbəxt hiss edirik.
Xeyriyyəçi iş adamı, şair Gülağa Tənhanın təşəbbüsü ilə gerçəkləşən növbəti xeyriyyə aksiyası da sadalanan fikirlərin bariz nümunəsidir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan aksiya çərçivəsində Masallı rayonunun Ərkivan qəsəbə sakinlərinə bayram sovqatı kimi “Ərkivanım” facebook qrupunun fəal üzvü və maddi dəstəyə ehtiyacı olan 100 ailənin hər birinə 100 manat məbləğində maddi yardım göstərilib.
Bu nəcib aksiyadan yararlanan vətəndaşlar xeyriyyəçi iş adamına minnətdarlıqlarını ifadə ediblər.
Bildirilib ki, xeyirxah amallar uğrunda çarpışan, çoxsaylı xeyriyyə layihələrilə yaddaşlarda qalan Gülağa Tənha bu gün də köməyi ehtiyacı olan insanlara həyan olmağa çalışır, onlardan qayğısını əsirgəmir.
Bütün hüquqlar qorunur © 2025