Təqvim
”SƏN ELƏ BİR ZİRVƏSƏN” – Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hesabat yığıncağı və konserti
27 dekabr 2023 - 00:13

”SƏN ELƏ BİR ZİRVƏSƏN” – Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hesabat yığıncağı və konserti

 

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş

 

Dekabrın 26-da Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun sədrliyilə 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı hesabat konserti keçirilib.
Əvvəlcə hesabat yığıncağına toplaşanlar Lənkəran rəssamlıq məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə Ulu Öndər Heydər Əliyevə və vətənpərvərlik mövzularına həsr olunan rəsm əsərləri nümayiş edilib.
İdarə əməkdaşlarının və Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarında fəaliyyət göstərən müəssisə rəhbərlərinin iştirak etdiyi iclasda il ərzində görülmüş işlər müzakirə edilib, 2024-cü il üzrə əsas prioritetlər müəyyən olunub.
Hesabat yığıncağı Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin ehtiramla yad olunası ilə başlayıb.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən idarənin rəisi Bəxtiyar Qılıncov mədəniyyət müəssisələrinin fəaliyyətlərinin müxtəlif aspektlərinə toxunaraq, əldə olunmuş uğurlardan, yol verilmiş nöqsanlardan, növbəti ildə qarşıda duran vəzifələrdən danışıb.
Sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Lerik rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, Masallı rayon Mərkəzi Kitabxanasının direktor əvəzi Zamin Məmmədov, Yardımlı rayon Uşaq İncəsənət Məktəbinin direktoru Zeyni Əkbərov, Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva il ərzində görülən işlərdən bəhs edərək, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlarını bildiriblər.
Tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı hesabat konserti ilə davam edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Konsertdə idarənin tabe müəssisələrində fəaliyyət göstərən özfəaliyyət kollektivləri, mədəniyyət mərkəzlərinin solistləri, uşaq incəsənət məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri maraqlı ifalar təqdim ediblər.
Yekunda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə mədəniyyət kollektivləri və işçiləri, həmçinin yaradıcı şəxslər Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Fəxri fərman və “Təşəkkürnamə”ləri ilə təltif ediliblər.

 

Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə