Rusiya Prezidenti Vladimir Putin İvan Soltanovskini bu ilin martında Rusiyanın çıxdığı Avropa Şurasındakı daimi nümayəndə vəzifəsindən azad edib. Müvafiq sərəncam çərşənbə axşamı dərc edilib. “Soltanovski İvan Dmitriyeviç Fransa Respublikasının Strasburq şəhərində Rusiya Federasiyasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən azad edilsin”, - sənəddə deyilir. Qeyd edək ki, fevralın 25-də Rusiyanın Avropa Şurasının qanuni qurumlarında təmsilçiliyinin dayandırılması barədə qərar qəbul edilib. Rusiya XİN Moskvanın belə şərtlər altında Avropa Şurasında qalmayacağını vurğulayıb. Mart ayında isə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın təşkilatdan çıxması ilə bağlı bildiriş alıb.
Bütün hüquqlar qorunur © 2023