Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Bİ.az xəbər verir ki, hazırda Nyu-Yorkun “NYMEX” əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelə görə qiyməti 0,61 dollar və ya 0,91% ucuzlaşaraq 66,21 dollar təşkil edib. ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,56 dollar və ya 0,74% ucuczlaşıb 75,61 dollara çatıb.
Bütün hüquqlar qorunur © 2023