Təqvim
Ramil Səfərovdan 11 il sonra YENƏ YADA DÜŞDÜ...
28 oktyabr 2023 - 12:45

Ramil Səfərovdan 11 il sonra YENƏ YADA DÜŞDÜ...

“Macarıstanın xarici işlər naziri Peter Siyartonun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransında söylədikləri diqqət mərkəzindədir”.

 

CAN VƏTƏn xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Macarıstan xarici siyasətdə şaxələnməyə üstünlük verir, Türkiyə və Azərbaycan sıx tərəfdaşlığına rəğmən, Ermənistanla da əməkdaşlıq etmək istəyir:

“Birincisi, macar nazir deyib ki, ölkəsi Ermənistanda səfirliklə yanaşı konsulluq xidməti də açacaq.

İkincisi, macar nazir təmsil etdiyi hakimiyyətin Macarıstanın erməni icmasına 13 il ərzində büdcədən maliyyələşməni 4 dəfə artırdığını vurğulayıb.

Üçüncüsü, Macarıstanın “Vizzair” aviadaşıyıcısı İrəvan-Budapeşt reysini açacaq. Dördüncüsü, Macarıstan Ermənistanın 30 tələbəsinə təqaüd ayıracaq. Beşincisi, macar nazir deyib ki, Macarıstan Qarabağı tərk edən ermənilərə 110 min dollar civarında maliyyə dəstəyi ayıracaq.

Macarıstanın xarici işlər naziri bütün bunların yekunu olaraq iki ölkə arasında münasibətlərin inkişafı üçün “xristianlıq amilinin əsas” olacağını deyib. Bu, Macarıstanın hüququdur. Ancaq macar nazirin İrəvanda bəyan etdikləri Macarıstanın Ermənistanla əməkdaşlığı daha üst səviyyəyə qaldırmaq marağından irəli gəlir.

Macarıstan 2012-ci ildə zabitimiz Ramil Səfərovu Azərbaycana ekstradisiya etdikdən sonra Ermənistan bu ölkə ilə diplomatik münasibətləri dondurdu. Ermənistan üstündən 11 il keçdikdən sonra bu ilin mayında Macarıstana səfir təyin edib. Macarıstanın baş naziri Viktor Orban ölkəsini türk dünyasının üzvü kimi qiymətləndirir. Doğrudur, bu məsələdə Orban praqmatik maraqlardan çıxış edir: Macarıstan Azərbaycanın və Mərkəzi Asiyanın enerji imkanlarından faydalanır, regional layihələrdə yer almaq istəyir.

Maracıstanın xarici işlər naziri Ermənistanda konsulluq açılacağının anonsunu verib, ancaq yeri barədə məlumat verməyib. Əgər Macarıstan İran, Rusiya və Fransa kimi konsulluq xidmətini Qərbi Zəngəzurda açmağa qərar verərsə, bu, Budapeştin Azərbaycana yönəlik xoşagəlməz addımı olacaq”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN 22:18, 06 dekabr 2023
Azərbaycana qarşı qərəzli siyasətdən əl çəkin - İcmadan tələb 12:22, 06 dekabr 2023
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. 23:26, 05 dekabr 2023
ALLAH adamı-Gülağa Tənhanın təşəbbüsü ilə - EHTİYACI OLAN 100 ailəyə,100 azn23:11, 05 dekabr 2023
Qızılca xəstəliyinin yaratdığı FƏSADLAR 22:14, 05 dekabr 2023
“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”. 22:08, 05 dekabr 2023
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu 12:26, 05 dekabr 2023
Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır 21:59, 04 dekabr 2023
A vitamini çatmayan uşaqlarda qızılca daha ağır keçir 18:59, 04 dekabr 2023
GÜLAĞA TƏNHA: GƏLƏRSƏNMİ 12:31, 04 dekabr 2023
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə