Modern.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Azərbaycan vətəndaşlarının nəzərinə İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik", - paylaşımda qeyd edilib. Azərbaycanın İsrail Dövlətində Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82İsraildəki səfirliyimizdən ÇAĞIRIŞ
Azərbaycanın İsraildəki səfirliyi Azərbaycan vətəndaşlarına çağırış edib.
Bütün hüquqlar qorunur © 2024