Qənirə Paşayeva komaya düşdü
Dünən gecədən komaya düşən Qənirə Paşayevanın Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir.
CAN VƏTƏN xəbər verir ki, millət vəkilinin vəziyyəti stabil ağırdır. Onun dərmandan komaya düşdüyü bildirilib.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədridir.
Bütün hüquqlar qorunur © 2024