Təqvim
Lənkəran-Astara Regional Təhsil İdarəsinin media nümayəndələri ilə görüşü 
22 avqust 2023 - 19:22

Lənkəran-Astara Regional Təhsil İdarəsinin media nümayəndələri ilə görüşü 

Avqustun 22-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin birillik fəaliyyətilə bağlı regionun bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan hesabat xarakterli tədbirdə 29 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak edib.
Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovun idarənin birillik fəaliyyəti barədə geniş məzmunlu çıxışı dinlənilib.
İdarə müdiri ötən bir il müddətində görülən işlər barədə (işə qəbul, vətəndaş müraciətləri, şagird nailiyyətləri, təhsil işçilərinin peşəkar inkişafına yönəlmiş təlim və vebinarlar, MİQ və sertifikasiya üzrə statistika, buraxılış və ali məktəblərə qəbul imtahanının nəticələrinin təhlili, idarənin tabeliyindəki ümum təhsil müəssisələrinin təmir-tikinti, istilik təminatı və məktəbli formasına keçid və s. ilə bağlı) ətraflı məlumat verib. 
Bildirilib ki, ölkənin ən böyük regional idarələrindən olan Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 553 ümumi təhsil müəssisəsi (Lənkəran - 86, Masallı - 95, Astara - 62, Cəlilabad - 127, Lerik - 105, Yardımlı - 78) fəaliyyət göstərir. Region üzrə ümumilikdə 127263 şagirdin təlim-tərbiyəsi ilə 13375 müəllim məşğuldur... 
Daha sonra təhsil müəssisələrilə media mənsubları arasında operativ və səmərəli kommunikasiyanın qurulması barədə fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb, təklifləri dinlənilib. 
Müzakirələr zamanı birgə əməkdaşlığın perspektivləri, o cümlədən mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılmasının, eləcə də bu cür görüşlərin əhəmiyyətindən danışılıb. 
Tədbirdə bir neçə media nümayəndəsi Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən “Təşəkkünamə” ilə təltif edilib. 
Qeyd edək ki, “Azpress.az”ın xüsusi müxbiri Akif Ağayev də təltif olunanlar sırasındadır. 
 
Akif VAQİFOĞLU.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Həyat tərzi
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə