Dövlət Neft Şirkəti (SOCAR) Bakıda daha bir müəssisə təsis edib. "Bİ" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ rayonunda açılan yeni müəssisə Metanol Zavodudur. Şirkət bu il sentyabrın 5-də rəsmi qeydiyyata alınıb. Zavodun nizamnamə kapitalı 5 min manatdır. Metanol Zavodunun hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 22, 22-ci km qeyd olunub. Şirkətin qanuni təmsilçisi Mustafayev Elnur Elşad oğludur.
Bütün hüquqlar qorunur © 2025