Təqvim
SOCAR daha bir zavod açdı
24 oktyabr 2018 - 08:54

Dövlət Neft Şirkəti  (SOCAR) Bakıda daha bir müəssisə təsis edib. 

"Bİ" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ rayonunda açılan yeni müəssisə Metanol Zavodudur. 

Şirkət bu il sentyabrın 5-də rəsmi qeydiyyata alınıb. Zavodun nizamnamə kapitalı 5 min manatdır. 

Metanol Zavodunun hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 22, 22-ci km qeyd olunub. Şirkətin qanuni təmsilçisi Mustafayev Elnur Elşad oğludur. 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
Sənaye

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə