Mərhum xanəndəmiz İslam Rzayevə Yanağında yaş yaşayan, Biri sənsən, biri də mən. Bağırında daş yaşayan Biri sənsən, biri də mən. Qoca, ixtiyar dünyada, Bu geniş, bu dar dünyada, İki sevən var dünyada, Biri sənsən, biri də mən. Sevgini gül tək qoxuyan, Güllərəətir toxuyan, Həsrətə meydan oxuyan Biri sənsən, biri də mən.
Bütün hüquqlar qorunur © 2023