Çapa göndər
Gülağa Tənha: BİRİ SƏNSƏN, BİRİ DƏ MƏN

24 sentyabr 2022 - 20:05

Mərhum xanəndəmiz İslam Rzayevə

 

Yanağında yaş yaşayan,

Biri sənsən, biri də mən.

Bağırında daş yaşayan

Biri sənsən, biri də mən.

 

 

Qoca, ixtiyar dünyada,

Bu geniş, bu dar dünyada,

İki sevən var dünyada,

Biri sənsən, biri də mən.

 

 

Sevgini gül tək qoxuyan,

Güllərəətir toxuyan,

Həsrətə meydan oxuyan

Biri sənsən, biri də mən.