Təqvim
Bəxtiyar Vahabzadənin Gülağa Tənhanın 10 cildlik kitablarını oxuyarkən qeydləri
13 may 2022 - 11:18

Poetik işıq

 

Poetik işartı hər zaman seziləndir, görünəndir. Əsl şai-rin yaradıcılığında bu işartı bir qədər də aydın duyulur, görünür. Onun yaradıcılığını digərlərindən həm də poetik deyim tərzi fərqləndirir.
Gülağa Tənhanın şeirlərini bu ovqatla oxudum. Tanış mövzulara fərqli yanaşma, həm də poetik yanaşma diqqətimi çəkdi.
Bütün zamanlarda şairlər Vətən mövzusuna məsu-liyyətlə, sevgiylə müraciət edib. Onlardan yadda qalanı da var, tarixləşəni, yaddaşlarda yaşayanı da, unudulanı da. Qətiyyətlə deyə bilərəm ki, Gülağa Tənhanın yaradıcılığı diqqətdən kənarda qalası yaradıcılıq deyil. «Qoymurlar səni sevməyə» şeiri dar düşüncəli, «qart ürəkli» (ifadə Gülağa Tənhanındır) vətəndaşlardan Vətənə gileydir.Həm də adi giley deyil, poetik gileydir.

 

Qoymurlar göyümü,yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan, Qoymurlar sən adda pirimi sevim, Qoymurlar mən səni sən kimi sevim –

misraları şairin mənəvi dünyasının səyyarəsi kimi alına bilər. Belə olmasaydı, şair

Oğullar Vətənə oğul olmasa, Vətən də itirər vətənliyini –

qənaətinə gələ bilməzdi. Bu iki misra bugünkü ağrı-acılarımızın düsturlaşmış ifadəsidir,yəqinindəyəm.

 

I cild 3
Gülağa Tənha

Gülağa Tənhanın Vətən sevgisi qışqırmır, deyir, pıçıl-dayır. Bu deyimlər, pıçıltılar səmimidir, inandırıcıdır. Buna görə də işığı görünəndir. «Bu kənd məni tanımadı» şei-rində bənzərsiz bir təəssüf çırpınır. Bu təəssüfün yeganə yozumu el-obanın timsalında Vətən sevgisidir:

Tale durubdu qəsdimə, Dəyir ərköyün şəstimə, İtlər atılır üstümə,
Bu kənd məni tanımadı.

 

Səmimi düşüncənin təzahürü həmişə səmimi mis-ra, səmimi şeir olub. Bu baxımdan Gülağa Tənha səmimi şairdir. Səmimi şair olduğu üçün onun poetik təəssüfünü poetik inam tamamlayır. İnanır ki, şair üçün (həm də vətəndaş üçün!) Vətən cana ruh misallıdır. Gülağa qərib-likdən Vətənə qayıdışı şair üçün (həm də vətəndaş üçün!) belə mənalandırır:

…Sənsiz qərib ölkələrdə, Bir qara daşmışam,Vətən. Ruh cana qayıdan təki Sənə qayıtmışam, Vətən!

Bu qayıdış bənzərsiz qayıdışdır. Qəribliyin sıxılcım-larından sıyrılıb çıxan şairin duyğularını Vətən sevgisi durulaşdırır, bu duruluğun özəlliyi;

Heç bilmirəm ot basıbmı izimi, Gur bulaqlar oxuyurmu sözümü. Ocaq daşı saxlayırmı közümü, Vəfasını yoxlamağa gəlmişəm –

misralarına tapınır. Misraların işığını «Beyrək kimi», «Hanı Qarabağ, hanı?», «Qaytar Vətən borcunu», «Göz dağımızdı» kimi şeirlərin işığı tamamlayır.
Sevgi bəşəri mövzudur, bəşəriyyətin cığırdaşıdır. Bu mövzuda yazılan şeirlərin hamısı oxucu duyumunun
Seçilmiş əsərlər süzgəcindən keçə bilməyib, çoxunun ömrü yazıldığı tarixdə tamamlanıb. Gülağa Tənhanın bu mövzuda yazdığı şeirlərin əksəriyyəti oxunaqlıdır, poetik çalarları ilə səciyyəvidir. Qənaətimi;

…Deyəsən, ömürün baharı keçir, Deyəsən, payızdı…
Durnalar köçür…
Sənsiz ötən aylar bezdirib məni, Ayların qaraca əlindən alıb, Gözəlim, ömrümü ömrünə köçür!..

Və yaxud;

…Bir anlıq qayıdaq ötən illərə, Ömrümdən, günümdən itən illərə. Qayıdaq xatirə cığırlarıyla;
Yoluna səpdiyim qızılgüllərin Qızılı qanına boyanam yenə.
Bir vaxtlar gözündən həsrət dərdiyim, İntizar üzdüyüm, möhnət dərdiyim Həmin pəncərədən boylanam yenə, –

kimi misralar təsdiqləyir.
Gülağa Tənhanın ictimai-siyasi mövzularda yazdığı şeirlərin əksəriyyəti poetik səviyyəsi ilə seçilir. Onun «Bir qoca boylanır…», «Qocalar evində bir ana gördüm», «Har-dasan, Qorqud ata?» kimi şeirləri xatırlatma biçimində heysiyyət harayıdır. Bu haray eşidiləndir, duyulandır və deməli, poetik uğur hesab olunmalıdır.
Mövzu baxımından aktual olan, duyanın duyğularını tarıma çəkən «İki dilənçi» şeiri uğurlu poetik nümunədir. Bu şeir şairin qəlb ağrısının, milli-xəlqi heysiyyətinin ifadəsi kimi alınmalıdır. Şeirdəki poetik obrazın düşdüyü məhrumiyyətin səbəbləri, bu səbəblərin sintezi kölgədə qalır. Əslində, şeirin uğuru məhz bu amillə də səciyyələndi-rilməlidir; reallıq, fakt verilir, görünən göstərilir, duyulan təhlilə (poetik təhlilə) cəlb edilmir;


I cild 5
Gülağa Tənha

– Nə vaxtdı
Canıma düşüb vərəm.
Sən – pul, mən gecə-gündüz ömür-gün dilənirəm.

…Poetik obrazlarla düşünən şair Gülağa Tənhanın yaradıcılığı işıqlı yaradıcılıqdır. Onun şeirlərinin boyu çağdaş poeziyamızda aydınlığı ilə seçilir.


Bəxtiyar Vahabzadə,

25 yanvar, 2004

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə