Təqvim
"Ermənistan İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb"
12 yanvar 2022 - 20:27

"Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq".

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

 

"Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir. Yəni, çadırlarda məskunlaşıblar və üşüyə-üşüyə, dona-dona orada güc-bəlaynan qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünki biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması prosesinə start verildi və biz bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa etdik və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşduq. Heç biri indi avtonom qaydada işləmir. Yəni orada, misal üçün, indi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki, yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik", - dövlət başçısı vurğulayıb.

Sosial şəbəkələrdə paylaş:
Rusiyaya sülh yox, hücum üçün vaxt lazımdır - ZELENSKİ 23:02, 18 may 2023
Gülağa Tənha:  TƏBİƏT MƏNİ BAĞIŞLASAYDI23:15, 16 may 2023
VİDEO: İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış şəxslər saxlanılıb14:00, 16 may 2023
Masallıda 51 min əhalinin istifadə etdiyi yolun əsaslı təmiri davam edir 01:29, 15 may 2023
Gülağa Tənha: YOLUMUZ UZAQDI21:26, 14 may 2023
Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış edib - VİDEO16:23, 14 may 2023
Brüsseldə üçtərəfli görüş BAŞLADI 16:19, 14 may 2023
ƏRKİVANIM FACEBOOK-qrup01:36, 14 may 2023
Ermənistanın PUA məntəqəsinin məhv edilməsinin yeni görüntüləri - VİDEO23:37, 13 may 2023
Gülağa Tənha: TƏCNİS21:58, 13 may 2023
Hərbi attaşelərə erməni təxribatı barədə məlumat verildi - VİDEO 20:57, 13 may 2023
Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçimiz Məhəmməd Qarayev dəfn olunub. 14:52, 13 may 2023
Ermənistan zərbə PUA-larından istifadə edir - Növbəti təxribat18:37, 12 may 2023
Pakistanın sabiq baş naziri İmran Xan azadlığa çıxıb. 18:26, 12 may 2023
Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşınını (KŞM) məhv edib. 17:32, 12 may 2023
Düşmənə zərbələr davam edir 15:24, 12 may 2023
ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxunub  19:07, 11 may 2023
Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: Yetimlər yurdsuz qaldı18:46, 11 may 2023
Sahibkarlara VACİB XƏBƏR: Yoxlamalarla bağlı mühüm DƏYİŞİKLİK18:42, 11 may 2023
Xəzər rayonun zibilliklərə qərq olmuş gözdən uzaq guşələri - ARAŞDIRMA20:37, 09 may 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə