ABŞ-ın Milli Aerokosmos Agentliyi (NASA) Ayı "Wi-Fi" rabitəsilə təmin etmək üçün fəaliyyətə başlayıb. Qurumdan verilən açıqlamada bildirilirb ki, layihənin məqsədi ABŞ-ın internetə çıxışda problemi olan bölgələrini, eləcə də "Artemis" missiyalarını internetlə təmin etməkdir. Agentlikdən yayılan məlumata əsasən, hazırda Yerin təbii peykində "Wi-Fi" şəbəkəsinin qurulmasının mümkünlüyü araşdırılır. Yaxın zamanlarda tətqiqatın nəticələri ictimaiyyətə çatdırılacaq.
Bütün hüquqlar qorunur © 2024