Rusiya Hesablama Palatası bəyan edib ki, 1 yanvar 2019-cu ildən bəri yanacağa tətbiq olunan aksiz markasının artırılması pərakəndə bazarda benzinin qiymətlərinin kəskin artması ilə nəticələnə bilər. Bİ.az xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının 2019-2021-ci illər büdcə layihəsinə dair hesabatında bildirilir. Qurum bildirib ki, bu cür vəziyyət kompensasiya xarakterli əlavə tədbirlərin tətbiq olunması ilə nəticələnəcək. "1 yanvar 2019-cu ildən etibarən aksiz markasının 1,5 dəfə artırılması benzinin qiymətinin kəskin artması ilə nəticələnə bilər", — deyə sənəddə bildirilir.
Bütün hüquqlar qorunur © 2025