Çapa göndər
Rusiyada benzin kəskin bahalaşa bilər

16 oktyabr 2018 - 12:33

Rusiya Hesablama Palatası bəyan edib ki, 1 yanvar 2019-cu ildən bəri yanacağa tətbiq olunan aksiz markasının artırılması pərakəndə bazarda benzinin qiymətlərinin kəskin artması ilə nəticələnə bilər.

Bİ.az xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının 2019-2021-ci illər büdcə layihəsinə dair hesabatında bildirilir.

Qurum bildirib ki, bu cür vəziyyət kompensasiya xarakterli əlavə tədbirlərin tətbiq olunması ilə nəticələnəcək.

"1 yanvar 2019-cu ildən etibarən aksiz markasının 1,5 dəfə artırılması benzinin qiymətinin kəskin artması ilə nəticələnə bilər", — deyə sənəddə bildirilir.