Təqvim
Qırğızıstanda Heydər Əliyevin xatirəsinə həsr olunan kitab nəşr olunub
12 dekabr 2020 - 18:24

Qırğızıstanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Türk dünyasının dahi şəxsiyyəti” adlı məqalələr toplusu Azərbaycan və rus dillərində çapdan çıxıb.
AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, bu kitab Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən nəşr olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İssık-Kul haqqında şeiri 9 dilə tərcümə edilərək yeni nəşrə daxil edilib.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov kitaba “Heydər Əliyev - zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi” adlı ön söz yazıb. Topludakı ilk məqalə Yaqub Mahmudovun “Ata yurdumuzun Atatürkü” adlı geniş yazısıdır.
Tarixçi alim araşdırmasında qeyd edir ki, Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəl hakimiyyətdə olanların qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi “Azərbaycan” möhürü özümüzə qaytarıldı. Bununla reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Ulu Öndərin ən mühüm uğurlarından biri budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu. Hazırda Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabər hüquqlu üzvüdür.
Nəşrdə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovun “Heydər Əliyevin neft strategiyası müasir Azərbaycan dövlətinin inkişafının təməl daşıdır”, Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri Güntəkin Nəcəflinin “Heydər Əliyev - Azərbaycan xalqının milli təəssübkeşi (akademik Yaqub Mahmudovun xatirələri əsasında)”, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “15 iyun tariximizin qurtuluşunun zirvəsidir”, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyevin “Müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu - Heydər Əliyev” və başqa tədqiqatçıların məqalələri yer alıb. Topluya Türkiyə, Qırğızıstan və başqa ölkələrin tədqiqatçılarının məqalələri də daxil edilib.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Mərkəzi Asiya respublikalarında Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynayır və o, Tarix İnstitutu alimlərinin erməni saxtakarlarını ifşa edən fundamental araşdırmalarının Qırğızıstanda nəşrinə yardım edir. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə