Təqvim
"Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri" mövzusunda onlayn elmi seminar keçirilib
27 noyabr 2020 - 15:15

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində "Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri" mövzusunda onlayn elmi seminar keçirilib.


Moderator, Mexanika-riyaziyyat fakültəsinin dekanı Nizaməddin İsgəndərov müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun düşmən üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə iştirakçıları təbrik edib və seminarın işinə uğur arzulayıb.


Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov "Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri" mövzusunda təqdimatla çıxış edib. Məruzədə kompleks ədədlərin {an} ardıcıllığının an+k = q1an+ q2an+1+...+ qkan+k-1 şərtləri daxilində özünü necə aparması haqqında danışılıb. Bu tip ardıcıllıqların analiz, tərpənməz nöqtə nəzəriyyəsinin, dinamik sistemlər, xaos və s. nəzəriyyələrin bir sıra məsələlərində özünü göstərdiyi qeyd olunub, bu ardıcıllıqların köməyilə bəzi fərq operator matrislərin spektral xassələri öyrənilib.


Professorlar Arif Səlimov, Hamlet Quliyev, Yusif Sevdimalıyev, Vaqif İbrahimov, Sadiq Abdullayev, Vaqif Qasımov pandemiya şəraitində belə görüşlərin əhəmiyyətini vurğulayaraq elmin inkişafına xidmət baxımından bu təşəbbüsü yüksək qiymətləndirib və gələcək fəaliyyətlə bağlı təkliflər səsləndiriblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə