Təqvim
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
25 iyun 2020 - 16:53

Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Çünki keyfiyyətli yollar bölgədə təkcə turizm üçün deyil eyni zamanda kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də təkan verir. Yenidən qurulmasının bu il yekunlaşması nəzərdə tutulan yollardan biri də respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yoludur.

Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla və yüksək sürətlə davam etdirilir.

Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri də aparılır. Belə ki, yola ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə də işlər aparılaraq yekunlaşdırılır. Körpülər yolun 1.8-ci km-də, 3.1-ci və 38.8-ci km-də inşa edilir. Müvafiq olaraq körpülərin uzunluqları 28 və 32.5 metr təşkil edir. Yolun 3.7-ci km-də, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilir.

Bundan başqa köhnə suötürücü boruların yenilənməsinə və yenilərinin inşasına ehtiyac olduğu üçün işləri, hazırda 61 mövcud boru yenilənir, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidi inşa olunaraq yekunlaşdırılır. Layihəyə uyğun olaraq yol boyu 8 nöqtədə yeraltı keçid də inşa edilir, zəruri yerlərdə 28 avtobus dayanacağının quraşdırılması da nəzərdə tutulur.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir avtomobil yolu olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar, BANK
Akif AĞAYEV: Masallıda yazıçı-publisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi keçirildi11:10, 10 iyun 2023
Akif VAQİFOĞLU:  HEÇ ÖLÜ DƏ UTANAR?09:27, 10 iyun 2023
«Xəmsə» milli intellektual oyununa yekun vurulub 14:35, 09 iyun 2023
Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz hərəkət edirlər VİDEO11:46, 09 iyun 2023
“WhatsApp”da yeni funksiya: Teleqram kimi olacaq... 20:01, 08 iyun 2023
Nazirlik klinikada rentgen fəaliyyətini dayandırdı 11:41, 08 iyun 2023
Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir: Laçın postundan keçid başladı 22:41, 07 iyun 2023
Bakı-Qəbələ istiqamətində 10 əlavə qatar reysi təyin edildi 12:46, 07 iyun 2023
Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi 12:43, 07 iyun 2023
İrandan Naxçıvana narkotik keçirmək istədilər - 30 kiloqram12:37, 07 iyun 2023
lham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib14:37, 06 iyun 2023
MİLLİ MƏCLİSDƏ: Sabir Rüstəmxanlı məmurlardan şikayətləndi 13:18, 06 iyun 2023
Avtomobilləri qaçıran şəxslər SAXLANILDI - Bakıda və Sumqayıtda 13:13, 06 iyun 2023
FotoSRasim: ƏSL TARİX BUDUR10:02, 06 iyun 2023
Gülağa Tənha: SABİRİN MƏZARI ÖNÜNDƏ DÜŞÜNCƏLƏR23:45, 05 iyun 2023
Nardaran və Bakıxanovda əməliyyat - 75 nəfər saxlanıldı18:55, 05 iyun 2023
“Qızıl buts”un sahibi məlum oldu - FOTO18:42, 05 iyun 2023
Nəcib Osmanov Səfirliyin pulunu qumarda uduzan attaşe məhkəmə zalında həbs olundu 18:32, 05 iyun 2023
Priqojin Şoyqunu cəbhəyə çağırdı Qoşunlar qaçır, biabırçılıqdır18:24, 05 iyun 2023
Azərbaycan NATO-nun iclasına dəvət olundu 17:49, 05 iyun 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə