Təqvim
Demə, əllərimizi yanlış yuyurmuşuq - Alimlər SÜBUT ETDİ
22 mart 2020 - 20:28

Hətta sabun olmadan belə 4 dəqiqəlik əl yumaq – Qrip-A (influenza) infeksiyası zamanı bir çox dezinfektandan daha effektivdir.
Xarici mətbuat xəbər verir ki, ovuc içindəki qrip virusunu yox etmək üçün onları sabunlamaq və ya antiseptik vasitədən istifadə etmək yetərli deyil. Araşdırmanın nəticələrinə görə, özünü yoluxucu infeksiyalardan qorumaq üçün əlləri ən az dörd dəqiqə sabunla, ya da antiseptik vasitələrlə təmizləmək lazımdır.
Məlum olub ki, demə, əllərimizi düz yumurmuşuq. Bu, Kioto Tibb Universitetinin alimləri tərəfindən müəyyən edilib. Könüllülər arasında aparılan tədqiqatda iştirakçılara A qripi və digər kəskin respirator infeksiyalara yoluxmuş insanlardan toplanan xüsusi selik verilib. Sonra əlləri antiseptiklə silməyi təklif ediblər. Növbəti mərhələdə ovucların təmizliyi yoxlanılıb. Məlum olub ki, antiseptik zərərli virusların heç birini öldürmür!
“Daha sonra əllərin antiseptiklə silinməsi prosesi uzadılıb, hətta 2 dəqiqəlik silinmə də virusları təmizləmək üçün kifayət etməyib”, - deyə təcrübə müəlliflərindən biri Rehea Hirose açıqlamasında qeyd edib.
Tədqiqatın nəticələri göstərib ki, yoluxucu xəstəliklərdən qorunmaq üçün əlləri sabunla yumalı və ya antiseptiklə ən azı dörd dəqiqə silməlisiniz! Əks təqdirdə, bütün prosedur faydasız olacaq.
Digər mütəxəssislərin fikrincə, hər şey eksperimentin xüsusiyyətlərindən asılıdır. Yaponiyada aparılan başqa bir araşdırmada, iştirakçıların barmaq uclarına müxtəlif mikroorqanizmlərin inkişaf etməsi üçün münbit şərait yaradan yaş selik tətbiq ediblər. Adi həyatda, əllərimizdə selik quruyur, bakteriyaların bir hissəsi ölür və bu vəziyyətdə antiseptiklər daha yaxşı işləyir. Ancaq asqırsanız və ya səhvən başqasının dəsmalını alsanız, tədqiqatçılar dərhal əllərinizi yumağı və qurumasını gözləməməyi məsləhət görür.
Əlləri necə yumaq olar:
. Əllərinizi axan su ilə isladın, sabun tətbiq edin və yaxşıca köpükləndirin.
2. Ovuc və əlin üstünü yaxşıca silin.
3. Hər barmağınızı ovuşdurun. Baş barmağın arasındakı boşluğa xüsusi diqqət yetirin.
4. Əllərinizi axan su altında yuyun.
5. Təmiz bir dəsmal və ya hava ilə qurudun.
publika.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL, RAYON + ŞƏHƏR
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə