Təqvim
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib (+FOTOLAR)
12 dekabr 2019 - 16:00

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Haulin Jao ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jaonu 100 illik tarixi olan Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. Elçin Babayev Azərbaycanda telekommunikasiya sahəsində mövcud vəziyyət, eyni zamanda qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib. Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” sərgisinin əhəmiyyətini vurğulayan rektor, artıq ənənəyə çevrilmiş sərgiyə, bu il daha çox ölkənin qatıldığını vurğulayıb. Bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı gənclərin həyatında eləcə də beynəlxalq əlaqələrin intensivliyinin artmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının 193 üzvündən biri olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse- prezident Mehriban xanım Əliyevanın “Bakutel-2019” sərgisini ziyarət etdiyini diqqətə çatdırıb. Elmir Vəlizadə həmçinin Azərbaycanın BTİ-də yüksək səviyyədə təmsil olunduğunu və əlaqələrin genişləndirilməsi üçün geniş imkanları olduğunu bildirib. O, bu görüşü Bakı Dövlət Universitetinin 100 illik yubileyi çərçivəsində keçirilən görüşlərin davamı kimi qiymətləndirib. İnformasiya texnologiyaları əsri olduğunu, tələbələri zamanı düzgün dəyərləndirməyi tövsiyə edib.

Sonra çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət göstərildiyini deyib. Azərbaycanın eləcə də dünyanın İKT sahəsində çoxsaylı aparıcı şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurduğunu qeyd edən Haulin Jao BDU tələbələrini də innovativ layihələrlə beynəlxalq sərgilərdə təmsil olunmağa çağırıb. O, bu görüşün yeni texnologiyaların, təcrübə mübadiləsinin və işgüzar əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışıb. Həmçinin, tələbələrin kreativ ideyalarını dəstəkləməkdə maraqlı olduqlarını bildirib, uğurlu layihələri üçün mentor xidmətləri, investisiyaların cəlb olunması barədə məlumat verib.

Sonda zamanın tələblərinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının yüksələn xətlə inkişafını vurğulayan Haulin Jao tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, tədbirdə həmçinin BTİ-nin MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəhbəri, Fövqəladə və səahiyyətli səfir, Vaqif Sadıqov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Paşazadə də iştirak ediblər.

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə