Təqvim
Azərbaycan Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim olundu (+FOTOLAR)
26 noyabr 2019 - 16:20

Canveten.az xəbər verir ki, Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” adlı kitabın təqdimat mərasimi keçirildi.Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonaqlar qarşısında çıxış etdilər. Gecənin aparıcısı Rəşad Mehdili oldu.

Muzeyin yeni nəşrindəbu mədəniyyət ocağının tarixi, Azərbaycan xalçalarının müxtəlif növləri, dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələri, zəngin kolleksiyasının ən gözəl nümunələri, xalça sənətinin inkişafında xüsusi rolu olan görkəmli şəxslər haqqında məlumatlar öz əksini tapıb. Dörd yüz səhifədən ibarət Azərbaycan, ingilis və rus dillərində hazırlanmış kitabda muzeyin eksponatlarının şəkilləri ilə yanaşı, onun tarixini əks etdirən arxiv fotoları və sənədləri geniş illüstrativ materiallar əsasında verilib.

Azərbaycan Milli Xalça Muzeyində “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Parça, geyim və tikmə”, “Keramika, ağac, şüşə və kağız”, “Zərgərlik” və “Bədii metal” kolleksiyaları qorunur. Kolleksiyaların hər biri haqqında sənətşünaslar və müvafiq sənət sahələrinin mütəxəssisləri tərəfindən müfəssəl fəsillər hazırlanıb. Kitabda həmçinin muzeyin sərgi işi, beynəlxalq əlaqələr, Qarabağın işğalından sonra Milli Xalça Muzeyində müvəqqəti fəaliyyət göstərən Şuşa filialına həsr olunmuş bölmələr də yer alıb.

Təqdimatda muzeyin direktoru Şirin Məlikova kitabın müəlliflərini – Kübra Əliyeva, Mira Məmmədxanova, Aytən Əhmədova, Aygün Abbasova, Gülzadə Abdulova və Qoşqar Qoşqarlını təqdim etdi.Hər müəllif öz çıxışında tədqiq etdiyi kolleksiya barədə məlumat verdi.

Onların çıxışlarında yer alan mövzulara əsasən auditoriyadakı qonaqlar arasında müsabiqə keçirildi. Müsabiqədə Milli Xalça Muzeyi, onun müxtəlif eksponatları, məsələn, muzeyin ilk eksponatı “Balıq” xovlu xalçası, arxeoloji qazıntılar zamanı aşkarlanmış keramik qab və məfrəşə aid suallar verildi. Qaliblərə müxtəlif mükafatlar – Milli Xalça Muzeyininnəşrləri, muzeyə pulsuz giriş və s. təqdim edildi.

Təqdimat mərasimində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətini və yeni kitabı əks etdirən video-çarx nümayiş olundu.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyev Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin duetini ifa etdilər.

Tədbirin sonunda qonaqlar yeni toxunan xalçanın adət-ənənəyə uyğun şəkildə dəzgahdan kəsimində iştirak etdilər. Xalçada ənənəvi xovsuz şəddə kompozisiyasının süjeti – dəvə karvanı əks olunub. Yeni hazırlanmış xalça xovlu və xovsuz texnikaların birgə tətbiqi ilə hazırlanıb. İki texnikanı özündə birləşdirən xalçalar son dövrlərMilli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün hazırlanır. Toxucular xovsuz yastı səthtə xovlu texnikada yüksək sıxlıqla ornamentləri toxuyurlar. Bu yenilik görmə qabiliyyətini itirmiş və ya görmə qabiliyyəti məhdud olan insanlara xalçalarımızı “görmək”, texnikaların müxtəlifliyini hiss etmək, toxunmaqla qabarıq ornamenti duymaq imkanı verir.

Tədbirdə Ənənəvi texnologiya şöbəsinin əməkdaşlarının işləri də nümayiş etdirildi. Muzeyin Uşaq şöbəsinin əməkdaşları qonaqlara çətən, şəddə və suvenir xalçalar üzrə ustad dərsləri keçdi. Ən yaxşı əl işlərinin müəllifləri muzey tərəfindən mükafatlandırıldı. 

 

Sosial şəbəkələrdə paylaş:
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə