Təqvim
Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb (+FOTOLAR)
24 oktyabr 2019 - 16:16

Canveten.az xəbər verir ki, dünən Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı olub.Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgidə rəssamın yaradıcılığına həsr olunmuş “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabının təqdimatı da keçirilib.

Tədbiriaçan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərgidəAzərbaycanın ilk qadın teatr rəssamı Bədurə Əfqanlının müxtəlif dövrlərdə teatr, kino və rəqs incəsənəti sahəsində yaratdığı eskizlərin, onun yaradıcılığı ilə bağlı çap olunmuş materialların nümayiş etdiriləcəyini bildirib. Bədurə xanımınşəxsi arxivindən götürülən əlyazmaların, fotolarının ilk dəfə sərgilənəcəyini vurğulayıb.O, eyni zamanda təqdimatı keçirilən “BƏDURƏ ƏFQANLI – teatr, kino, rəqs: geyim və obrazlar” kitabında rəssamınteatr, kino və rəqs incəsənəti sahələrində yaratdığı rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya eskizlərinin toplandığını diqqətə çatdırıb.

Mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva çıxışı zamanı Bədurə Əfqanlını Azərbaycanın təsviri sənət tarixində müstəsna yeri olan sənətkar kimi dəyərləndirib: “Bədurə Əfqanlıyaradıcı ömrünün 40 ilini teatra və milli rəqs geyimlərinin yaradılmasına, 15 ilini isə kino sənətinə həsr edib.O, bu sahələr üzrə olduqca dəyərli əsərlər yaradıb, Azərbaycan teatr, kino və rəqs geyimi ənənələrinin inkişafına əvəzsiz töhfələr verib. Qeyd etməliyik ki, ötən əsrin ikinci yarısında formalaşan rəqs, geyim rəssamlığı da məhz Bədurə Əfqanlının adı ilə bağlıdır”.

S.Məmmədəliyeva təqdim olunan “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabında zəngin yaradıcılığa malik rəssamın sənətə gəldiyi dövrdən (1933) sonrakı 70 ildən artıq müddətdəfəaliyyətinin öz əksini tapdığını vurğulayıb. Kitabın nəşrini rəssamın irsinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib.

“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli XX əsr Azərbaycan rəssamlıq, teatr, kino, rəqs sənətini Bədurə Əfqanlısız təsəvvür etməyin mümkünsüz olduğunu bildirib: “Onun yaratdığı əsərlər bir məktəbdirvə bu məktəb daim yaşayacaq.Bu günə qədər “Leyli və Məcnun” tamaşaları üçün geyimlər hazırlanarkən vaxtilə Bədurə Əfqanlının yaratdığı eskizlərdən istifadə olunur. İndiyədək Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və digər rəqs qrupları rəssamın eskizləri əsasında geyimlər tikir və onu örnək kimi görürlər”. R.Gülməmmədli Bədurə Əfqanlınınrəqs sənətinə ilk dəfə xəlqilik gətirdiyini də xüsusi vurğulayıb.

Tədbirdə milli musiqilərimiz səsləndirilib, “Naz eləmə” və “İnnabı” rəqsləri ifa olunub.Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi oktyabrın 28-dək davam edəcək.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, MUSİQİ
Akif AĞAYEV: Masallıda yazıçı-publisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi keçirildi11:10, 10 iyun 2023
Akif VAQİFOĞLU:  HEÇ ÖLÜ DƏ UTANAR?09:27, 10 iyun 2023
«Xəmsə» milli intellektual oyununa yekun vurulub 14:35, 09 iyun 2023
Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz hərəkət edirlər VİDEO11:46, 09 iyun 2023
“WhatsApp”da yeni funksiya: Teleqram kimi olacaq... 20:01, 08 iyun 2023
Nazirlik klinikada rentgen fəaliyyətini dayandırdı 11:41, 08 iyun 2023
Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir: Laçın postundan keçid başladı 22:41, 07 iyun 2023
Bakı-Qəbələ istiqamətində 10 əlavə qatar reysi təyin edildi 12:46, 07 iyun 2023
Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi 12:43, 07 iyun 2023
İrandan Naxçıvana narkotik keçirmək istədilər - 30 kiloqram12:37, 07 iyun 2023
lham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib14:37, 06 iyun 2023
MİLLİ MƏCLİSDƏ: Sabir Rüstəmxanlı məmurlardan şikayətləndi 13:18, 06 iyun 2023
Avtomobilləri qaçıran şəxslər SAXLANILDI - Bakıda və Sumqayıtda 13:13, 06 iyun 2023
FotoSRasim: ƏSL TARİX BUDUR10:02, 06 iyun 2023
Gülağa Tənha: SABİRİN MƏZARI ÖNÜNDƏ DÜŞÜNCƏLƏR23:45, 05 iyun 2023
Nardaran və Bakıxanovda əməliyyat - 75 nəfər saxlanıldı18:55, 05 iyun 2023
“Qızıl buts”un sahibi məlum oldu - FOTO18:42, 05 iyun 2023
Nəcib Osmanov Səfirliyin pulunu qumarda uduzan attaşe məhkəmə zalında həbs olundu 18:32, 05 iyun 2023
Priqojin Şoyqunu cəbhəyə çağırdı Qoşunlar qaçır, biabırçılıqdır18:24, 05 iyun 2023
Azərbaycan NATO-nun iclasına dəvət olundu 17:49, 05 iyun 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə